Bolqarıstan Baş naziri istefa verəcəyini təsdiqləyib
Yusif Nəzərli
15:45 18.02.2024
Dünya
414
Bolqarıstan Baş naziri Nikolay Denkov razılaşdırılmış rotasiyaya uyğun olaraq martın 6-da istefa vermək niyyətində olduğunu təsdiqləyib.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Nikolay Denkov bunu Münxen Təhlükəsizlik Konfransından sonra keçirilən brifinqdə bildirib.
Nikolay Denkov deyib ki, 6 martda istefa verdikdən sonra növbəti qərarın qəbuluna qədər Konstitusiyaya uyğun olaraq hökumət fəaliyyətini davam etdirəcək. Nikolay Denkov yeni hökumətdə xarici işlər nazirinin kim olacağının hələ müəyyənləşmədiyini söyləyib. Bu barədə koalisiyanı təşkil edən “Dəyişikliyə Davam” və “Demokratik Bolqarıstan” birləşmiş koalisiyası ilə "Vətəndaşlar Bolqarıstanın Avropa İnkişafı Naminə” və Demokratik Qüvvələr İttifaqı partiyalarının koalisiyasının birgə qərar verməsi lazımdır: “Xarici tərəfdaşlarla əlaqələr vacibdir. Əgər Mariya Qabriel Baş nazir, mən Baş nazirin müavini və xarici işlər naziri kimi sadəcə, yer dəyişdirəcəyiksə, bu əlaqələr asan olacaq. Qarşıda danışıqlar durur, çünki problemin həlli digər tərəfdən asılıdır”.
Qeyd edək ki, Nikolay Denkov 6 iyun 2023-cü ildə Bolqarıstanın Baş naziri seçilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə