Böyük üçlük BMT-dən toplantı tələb edir: Onların Suriyaya dair müzakirə istəyi əhəmyyətsizdir
Turan
09:25 06.02.2020
Dünya
833
ABŞ, Fransa və Britaniya BMT Təhlükəsizlik Şurasından Suriyanın şimal-qərbindəki situasiyanı müzakirə etməsini tələb edib. Üç ölkə BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Pedersenin də iclasa qatılmasını istəyib. İclasın cümə axşamı baş tutacağı vurğulanıb. Avropanın 3 ölkəsi İdlib hücumuna görə, Suriya hökuməti ilə yanaşı, İran və Rusiyanı da ittiham edir.
Bəzi analitiklər düşünür ki, bu hadisədən sonra Rusiya və İrana qarşı növbəti sanksiyalar tətbiq edilə bilər.
Avropa ölkələrinin təcili toplantı qərarını “Şərq”ə analiz edən politoloq Azər Qasımov bildirib ki, Suriyanın şimal-qərbində yerləşən İdlib bölgəsi mahiyyət etibarı ilə bu problemin açar nöqtəsidir.
Siyasi şərhçinin sözlərinə görə, bölgədə Türkiyənin nəzarətində olan müşahidə nöqtələri mövcuddur ki, bunlar da Rusiya ilə anlaşmaya əsasən Astanada imzalanmış razılığa görə yerləşdirilib:
“Müşahidə nöqtələri ilk vaxtlar 13 nöqtədə mövcud idi. Lakin sonra Suriya qüvvələri müqaviləni pozaraq bu nöqtələrdən birinin ərazisini tutdu, ikisini isə mühasirəyə aldı. Türk əsgərinə qarşı baş vermiş bu hücumun arxasında Əsəd rejimi olsa da, Rusiyanın razılığı olduğu açıq-aydın ortadadır. Ərazidə əsas mübarizə “M5” adlanan yollar üzərində gedir. Çünki bu yollar həm qida, həm də hərbi texnika daşımaq üçün çox stratejidir. Hazırda İdlibdə təxminən 1milyon 700 mindən çox insan yaşayır ki, bunların da 1milyona yaxını Türkiyə sərhəddində qurulan çadır şəhərciklərində saxlanılır. Bundan başqa, orada çoxlu sayda müxtəlif silahlı qruplaşma üzvləri var ki, bunların da bəziləri Rusiya ilə Türkiyə arasında olan anlaşmaya əsasən digər ərazilərdən çıxarılıb ora yerləşdirilib. Bu baxımdan ərazi çox mürəkkəb ərazidir. 8 türk əsgərinin şəhid olmasının əvəzini Türk ordusu misli ilə alacağını söyləyib və Rusiyaya bu məsələyə qarışmamağı məsləhət görüb. Artıq Türkiyə ordusu İdlibə 200-dən çox hərbi texnika yığıb və yığmağa da davam edir. Görünən odur ki, Türkiyə İdlib ətrafında 4-5 kilometr təhlükəsizlik zonası yaradacaq”.
Analitik bildirib ki, Rusiya həmişəki kimi öz prinsiplərinə sadiqdir:
“Rusiya üzdə bundan xəbərsiz olduğunu göstərməyə çalışsa da, əslində Əsədi idarə edən qüvvə kimi planlar hazırlayır. Bunlar eynilə İrana da aiddir. BMT-nin 3 ölkəsinin müzakirə tələb etməsini əhəmiyyətsiz hesab edirəm. Çünki oradan heç bir qərar çıxmayacaq, Rusiya istənilən qərara veto qoyacaq. Digər tərəfdən nəyisə müzakirə etmək, nəticə almaq üçün həmin sahədə təsir dairəsinə malik olmalısan. Burada isə söz sahibləri Türkiyə və Rusiyadır. Bu baxımdan İdlibdə hansısa bir nəticəyə gəlinəcəksə, ancaq Ərdoğan-Putin görüşündən sonra ola bilər. Hesab edirəm ki, Putin Əsədə sakit oturmağı tapşıracaq. Kreml Ankara ilə ikili oyun oynasa da, Türkiyəyə möhtacdır. Ərdoğanın əlində Rusiyanın Avropaya çəkdiyi “Şimal Axını” boru kəmərləri və “Krım” kartı var. Bunun da xəbərdarlığını Ukraynaya səyahət zamanı artıq verib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın on diplomatı Macarıstandan qovuldu
14:03 08.09.2026
Dünya
ABŞ-ın sülh planı Ukraynanın kapitulyasiyasını rəsmiləşdirir - RƏY
13:57 08.09.2026
Gündəm
Rusiyanın Kiyevə gecə hücumu: Xəsarət alanların sayı 16-ya çatıb
13:02 08.09.2026
Dünya
Messi və Ronaldu bu dəfə komanda yoldaşı olacaqlar
12:14 08.09.2026
Futbol
Yəmən ordusu husiləri darmadağın edir - Ərazilər azad olundu
11:57 08.09.2026
Dünya
İstanbul meşələrində yaşayan vəhşi heyvanlar
11:45 08.09.2026
Maraqlı
Zaxarova: Ukrayna terrorizmin ixracına üstünlük verir
10:49 08.09.2026
Dünya
Tramp 4 ölkəni ABŞ ərazisi kimi göstərən xəritə paylaşıb
10:21 08.09.2026
Dünya
Tramp: Neftin qiyməti kəskin şəkildə düşəcək
10:09 08.09.2026
Gündəm
Saratova Ukrayna PUA-ları ilə hücum zamanı 10 nəfər yaralanıb
10:07 08.09.2026
Dünya
Kiyev: Uittkoff və Kuşner əvvəlkindən daha pis təkliflər gətirdi
10:00 08.09.2026
Dünya
Putindən Ermənistanla bağlı sərt qərar
09:59 08.09.2026
Gündəm
Rusiya bir gecədə 384 Ukrayna PUA-sını vurdu
09:55 08.09.2026
Dünya