Bu ölkə prezidenti qəzaya düşdü

Sloveniya Prezidenti Nataşa Pirts-Musar avtomobil qəzasına düşüb.

Axar.az xəbər verir ki, bu barədə "Delo" qəzeti məlumat yayıb.

Məlumata görə, 31 iyulda məzuniyyətdən qayıdan prezidentin kortejinə aid iki xidməti avtomobil Kastelets tunelində toqquşub, nəticədə iki nəfər xəsarət alıb.

Sloveniya lideri yalnız yüngül xəsarətlər alıb. Digər yaralı ağır yaralanıb və o, Pirts-Musar xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir.