Çavuşoğlu ABŞ-da: Qovluğunda nələr var?- ŞƏRH: “Dünyanın yeni dizaynında Türkiyə...”
Fidan Həmişəyeva
09:40 20.05.2021
Dünya
693
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Nyu-Yorkda səfərdədir. Çavuşoğlu bu barədə tvitter səhifəsində bildirib:
“Fələstində yaşanan zülmü ən güclü şəkildə duyurmaq üçün Fələstin, Pakistan və Tunisdən olan həmkarlarımla birlikdə Nyu-Yorkdayıq”.
Səfərdə müzakirə olunacaq məsələləri “Sherg.az”a dəyərləndirən “Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyinin sədri, politoloq Azər Rəşidoğlu bildirib ki, Türkiyə və ABŞ bir-birlərinə ehtiyacı olan ölkələrdir:
“Son zamanlar iki ölkə arasında yaşanan gərginliklərə baxmayaraq, istər Ankara, istərsə də Vaşinqton bu münasibətlərin normallaşmasında maraqlıdır. Türkiyəni məcburən Rusiyaya sığınan bir ölkə kimi təqdim etmək yanlışdır. Ankara Qərbə qarşı Rusiyanın mövqeyini dəstəkləmir, Suriyada ger çəkilmir. Digər tərəfdən, Ankara ABŞ və Aİ ilə münasibətləri Rusiya, yaxud Çin və İranın maraqlarına görə qurmur. Yəni Türkiyə müstəqil söz sahibi olan dövlət kimi siyasət yeridir.
ABŞ üçün əsas problem Türkiyənin onun iradəsinə tabe olmadan dünyanın yeni düzənində yer almasına çalışmasıdır.
Konkret desək, ABŞ başda olmaqla bəzi Qərb dövlətləri Türkiyənin 100 illik fasilədən sonra yenidən dünyanın aparıcı kəsiminə daxil olmasını arzulamırlar. Bunu təbii ki, Rusiya, İran və Çin də istəmir. Lakin bu sonuncular məcburən Qərbin təzyiqlərini zəiflətmək üçün Ankaranı müəyyən məsələlərdə dəstəkləməyə çalışırlar. Rusiya, Çin və İran ABŞ-Türkiyə məsələsində Ankaraya dəstək verirlər. Rusiya daha çox canfəşanlıq göstərir, çünki Türkiyə ilə geniş əməkdaşlıq edir. Pekin Türkiyə ilə dostluqdan yalnız qazana bilər. İran bəyan edir ki, Türkiyə dost ölkədir. Bir sözlə, ABŞ-ın Türkiyəyə qarşı irəli sürdüyü iddialar tam əsassızdır və onun demokratiya idealları ilə heç bir əlaqəsi yoxdur”.
A.Rəşidoğlu qeyd edib ki, qərbin müəyyən dairələri Türkiyənin daha da inkişaf edib, dünyanın aparıcı ölkəsi olmasının qarşısını almağa çalışırlar:
“Konkret desək, Ankaranın 2023-cü il hədəflərinə çatmaması üçün əllərindən gələni edirlər. Türkiyənin mövqeyindən çəkilməsi faktiki olaraq onun asılı olmasına aparan birbaşa yoldur. Ankara bunu etməyəcək. Görünür, Cavuşoğlu Ankaranın bu mövqeyini amerikalı siyasətçilərin diqqətinə çatdıracaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu
11:31 13.10.2026
Gündəm
Tramp “sülhə əsas maneə” kimi Putini yox, Zelenskini görür
11:30 13.10.2026
Dünya
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
11:25 13.10.2026
İnfrastruktur
28 yaşlı kişi quduzluqdan vəfat etdi
11:07 13.10.2026
Hadisə
DİN motosiklet və skuter sürücülərinə xəbərdarlıq etdi
10:47 13.10.2026
İnfrastruktur
Bakıda oğul anasını bıçaqladı
10:45 13.10.2026
Hadisə
“Roşka” ləqəbli tiktokerə hökm oxundu
10:41 13.10.2026
Cəmiyyət
İsraildə hava limanında təyyarədə bomba olması xəbəri yayılıb
10:39 13.10.2026
Dünya
Bu aviaşirkətlər Səudiyyəyə uçuşları dayandırdı
10:34 13.10.2026
Dünya
“Zelenski razılaşma əldə etmək istəmir”: Trampdan AÇIQLAMA
10:33 13.10.2026
Dünya
Azərbaycanda dəmiryolçuların peşə bayramı qeyd olunur
10:28 13.10.2026
İnfrastruktur
“44” filmi ilə bağlı mətbuat konfransı keçirilib
10:24 13.10.2026
Mədəniyyət
Yuliya Pasternak vəzifəsindən ayrıldı
10:17 13.10.2026
Dünya