CENTCOM: ABŞ İrana gedən 35 gəminin marşrutunu dəyişdirib

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 14-də İranın dəniz blokadasını bərpa etdikdən sonra 35 ticarət gəmisinin marşrutunun dəyişdirildiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində paylaşım edib.

Məlumata görə, avqustun 2-nə olan vəziyyətə əsasən, ABŞ hərbçiləri 35 kommersiya gəmisinin marşrutunu dəyişdirib.

Bəyanatda həmçinin qeyd olunub ki, daha iki gəmi sıradan çıxarılıb, digər iki gəmidə isə yoxlama aparmaq məqsədilə hərbçilər göyərtəyə çıxıblar.

Qeyd edək ki, CENTCOM daha əvvəl Yaxın Şərqdə ABŞ-a məxsus 20-dən çox hərbi gəminin fəaliyyət göstərdiyini bildirmişdi.