Çin Xarici İşlər Nazirliyi:“Ukraynadakı vəziyyətə təsir edə bilmərik”
Yusif Nəzərli
09:58 02.04.2022
Dünya
689
“Pekin Rusiyadan Ukraynada xüsusi əməliyyatı başa çatdırmağı tələb edə bilməz, lakin atəşkəs rejimini dəstəkləyir”.
Bu barədə Çin Xarici İşlər Nazirliyinin Avropa departamentinin direktoru Van Lutun brifinqdə Çin və Avropa İttifaqı liderlərinin baş tutan sammitini şərh edərkən bildirib.
“Biz həmişə atəşkəs rejimini dəstəkləmiş və ona töhfə vermişik. Bu münaqişənin ikinci günündə Çin sədri Si Cinpin Rusiya prezidenti ilə telefonla danışıb və bir neçə gün sonra Rusiya və Ukrayna arasında danışıqların birinci raundu baş tutub. İndiyə qədər beşinci mərhələ baş tutub və biz artıq müəyyən irəliləyiş görürük”, - deyə o vurğulayıb.
Van Lutun bu prosesdə Çinin rolunu çox qiymətləndirməyin lazım olmadığı barədə də fikir səsləndirib:
“Hərbi fəaliyyətlər suveren ölkələrin qəbul etdiyi qərar olduğu üçün bu, Rusiyanın müstəqil qərarı idi və sadəcə olaraq, Rusiyaya üz tutub: “Siz bu müharibəni dayandırmalısınız” deməyimiz alınmır”.
Van Lutun vurğulayıb ki, bu problemin həllinin açarı Çinin deyil, Vaşinqton, Brüssel və Moskvanın əlindədir. Onun sözlərinə görə, bu, Avropanın təhlükəsizliyi məsələsidir, ona görə də buna avropalılar qərar verməlidir.
“Amerikalılar həmişə deyiblər ki, onlar Avropanın təhlükəsizliyindən kənarda qalmayacaqlar, ona görə də ola bilsin ki, onlar da bununla bağlı nəsə edə bilərlər. Məsələn, ABŞ prezidenti Rusiya prezidentinə zəng edib NATO-nun genişlənməyəcəyini, strateji silahların yerləşdirilməyəcəyini, Ukraynanın neytral qalacağını desə, bəlkə də ola bilsin ki, problem həll oluna”, - deyə diplomat bildirib.
Mənbə: RİA Novosti
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət