
Elxan Şahinoğlu: Fransa Ermənistanın son nəfəsliyidir
Yusif Nəzərli
08:38 25.08.2024
Dünya
453
Paris İrəvanın hərbi nöqteyi-nəzərdən Azərbaycan qarşısında zəif düşməsinin qarşısını almağa çalışır
“Cənubi Qafqazda silahlanma Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra yavaşlaya bilər”
Ermənistan son həftələrdə Azərbaycana qarşı kifayət qədər aqressiv davranır. Bunun əsas səbəbi Ermənistana ABŞ, Hindistan, Fransa və Almaniya silahlarının ötürülməsidir.
Qeyd edək ki, avqustun 23-də Ermənistanın müdafiə naziri Suren Papikyan Fransa səfiri Olivye Dekotinini qəbul edib. Görüşdə tərəflər müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər. Eyni zamanda, nazir Suren Papikyan səfirlə Ermənistan Silahlı Qüvvələrində aparılan islahatlar və bu çərçivədə Fransa ilə əməkdaşlıq proqramlarına dair fikir mübadiləsi aparıb.
Bir gün əvvəl isə Ermənistan “123 saylı Nüvə Razılaşması”na qoşulmaq üçün ərizə təqdim edib. ABŞ Dövlət Departamentinin məlumatına görə, bu, İrəvana Amerikanın mülki nüvə enerjisi texnologiyalarına çıxış əldə etməyə imkan verəcək.
Azərbaycanın Ermənistanın silahlanmasına verəcəyi reaksiyasını şərh edən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Sherg.az”a açıqlamasında bildirib ki, Ermənistan hansı ölkədən mümkündürsə, silah və hərbi texnika almağa çalışır. Politoloqun sözlərinə görə, İrəvanın Fransa və Hindistanla razılaşmaları var və hər iki ölkə Ermənistana silah göndərməkdə davam edir:

“Fransa üçün Ermənistana hərbi texnika satışı geosiyasi əhəmiyyət daşıyır. Paris Ermənistanın hərbi nöqteyi-nəzərdən Azərbaycan qarşısında zəif düşməsinin qarşısını almağa çalışır. Fransa bu səbəbdən Ermənistanı silahlandırmaqda maraqlıdır. Ermənistanın aldığı həbi texnikaya görə Fransaya maliyyə ödəməsi barədə məlumat yoxdur. Bu, kredit şəklində həyata keçirilə bilər.
Hindistanın Ermənistana hərbi texnika satması isə əsasən iqtisadi amillə bağlıdır. Hindistan hərbi-sənaye kompleksini inkişaf etdirir. Hindistan son 10 ildə hərbi ixracatını 30 dəfədən çox artıb. Hindistan onlarla ölkəyə silah satmağa çalışır. Dehlinin məqsədi qlobal silah bazarında payını artırmaqdır. Hindistan ABŞ, İsrail və digər ölkələrin lisenziyaları əsasında da hərbi texnika istehsal edir. Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, bu ilin aprel-iyun aylarında müdafiə ixracı bir əvvəlki dövrdəki 3,885 milyon rupidən 6,915 milyon rupiyə qədər yüksəlib. Hindistan üçün Ermənistan hərbi texnika satdığı növbəti ölkələrdən biridir.
Dehlinin Ermənistana hərbi texnika satması Azərbaycanda narazılıqla qarşılanıb. Rəsmi Bakı Dehlinin bu siyasətini korrektə etməsini istəyir. Çünki Hindistanın Ermənistana hərbi texnika satmasına baxmayaraq, Dehlinin Cənubi Qafqazda əsas ticarət tərəfdaşı Azərbaycandır. Hindistan Azərbaycandan aldığı neftin həcmini ildən-ilə artırır. Turizm sahəsində də əməkdaşlıq inkişaf edib”.
E.Şahinoğlu qeyd edib ki, Fransa və Hindistanla yanaşı ABŞ və Almaniyanın da Ermənistanla hərbi əməkdaşlıqlarını genişləndirmələrinə dair xəbərlər var:
“Maraqlıdır ki, Ermənistanın silahlandırılmasında əsas rol oynayan ölkə İrandır. Çünki Fransa və Hindistanın Ermənistana göndərdikləri silah və hərbi texnika İranın hava və dəniz limanları vasitəsilə qonşu ölkəyə çatdırılır. İkinci Qarabağ müharibəsi zamanı Rusiya da İran marşrutu ilə Ermənistanı silahlandırırdı. Bu vəziyyətdə Azərbaycan nə etməlidir? Rəsmi Bakı Ermənistanın silahlandırılmasının bölgədə yeni münaqişəyə səbəb olacağı barədə daima bəyanatlar verir. Ermənistanın aldığı uzaqmənzilli raketlər Azərbaycana təhlükə yaradır. Rəsmi Bakı Ermənistanın silahlandırılmasına seyrçi qalmayacağını bildirsə də, bu, İrəvanla hərbi əməkdaşlıq edən dövlətləri dayandırmayıb. Bu vəziyyətdə Azərbaycan da hərbi-sənaye kompleksinin inkişafını sürətləndirməli, tərəfdaş dövlətlərdən müasir hərbi texnikanın alışına və birgə istehsalına diqqəti artırmalıdır. Cənubi Qafqazda silahlanma Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra yavaşlaya bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman
Prezident: Cənubi Qafqazda sülh yeni investisiya dalğası yaradır
12:35 25.09.2026
Gündəm
2015-ci ildən sonra doğulanlara siqaret qadağan ediləcək
12:25 25.09.2026
Sağlamlıq
Azərbaycan Prezidenti İrakli Kobaxidzeyə zəng edib
12:01 25.09.2026
Gündəm
Kartof şirniyyatdan da çox şəkəri qaldırır
11:44 25.09.2026
Sağlamlıq