Ərdoğan Delsi Rodrigez ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodrigez ilə görüşüb.

Teleqraf xəbər verir ki, Venesuela prezidenti vəzifəsini icra edən Delsi Rodrigez Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə ölkəyə səfər edib.

Görüşdə həmçinin vitse-prezident Cevdet Yılmaz, xarici işlər naziri Hakan Fidan, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, ticarət naziri Ömər Bolat, prezidentin kommunikasiya direktoru Burhanəddin Duran və prezidentin xarici siyasət məsələləri üzrə baş müşaviri Akılıç Çağatay iştirak ediblər.