Ərdoğan DEM Partiyasının İmralı heyətini qəbul edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün saat 16:00-da DEM Partiyasının İmralı heyətini Beştəpədə qəbul edəcək.

Sherg.az xəbər verir ki, görüş zamanı Türkiyə Böyük Millət Məclisində qəbul edilmiş çərçivə qanununun müzakirə ediləcəyi gözlənilir.