Fransa NATO-nun şərq cinahında hərbi mövcudluğunu gücləndirəcək
Yusif Nəzərli
13:00 12.10.2022
Dünya
451
Fransa Şərqi Avropadakı hərbi mövcudluğunu tanklar və zirehli texnika ilə gücləndirəcək.
Bu barədə Fransanın silahlı qüvvələr naziri Sebastyen Lekornyu Senatın Müdafiə Komitəsində dinləmələr zamanı bildirib.
“Paris NATO-nun şərq cinahında hərbi mövcudluğunu gücləndirmək qərarına gəlib. Bunun üçün önümüzdəki həftələrdə Rumıniyada zirehli piyada maşınları və “Leclerc” tanklarının, eləcə də Estoniyada gücləndirici qüvvələrin yerləşdirilməsi nəzərdə tutulur”, - deyə nazir qeyd edib.
Nazirin sözlərinə görə, bu qərar NATO-nun şərq cinahındakı vəziyyət və Ukraynadakı hərbi əməliyyatların qəddarlıq dərəcəsi nəzərə alınmaqla qəbul edilib.
Fransa NATO-nun Rumıniyadakı missiyası üçün baza ölkəsi sayılır. Hazırda burada 350 fransız əsgəri, həmçinin Belçika və Niderland qüvvələri mövcuddur.
“Biz həmçinin Litvada müdafiə mövqeyimizi gücləndirməyə davam edəcəyik. Bunun üçün “Rafale” döyüş təyyarələrini yerləşdirəcəyik ki, bu da hava nəzarətini təmin edəcək. Həmçinin Estoniyada 2023-cü ildə gücləndirilmiş piyada qrupunun yerləşdirilməsi planlaşdırılır”, - deyə Lekornyu açıqlama verib.
Mənbə: Ukrinform
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm