Frexit realdırmı?- “Bəzi Avropa ölkələri Rusiya ilə əməkdaşlığa...”
Fidan Həmişəyeva
10:27 15.03.2021
Dünya
617
“Avropa ölkələri arasındakı münasibətlərin ziddiyyətləri Aİ-ni bir qurum kimi dağıtsın”
“ABŞ, Türkiyə, Çin və İran üçün Aİ önəmsizdir. Bir sözlə, yeni dünya düzənində ciddi proseslər baş verir”
“Güclü təşkilatların dağılması da bu prosesin tərkib hissəsidir”
Fransanın nüfuzlu “Le Figaro” nəşrində jurnalist Loran Erblenin Fransa və Avropa İttifaqı arasındakı münasibətlərə həsr olunmuş məqaləsi dərc olunub. Məqalədə Fransanın Aİ-dən çıxa biləcəyini qeyd edilir.
Müəllifin sözlərinə görə, pandemiya Avropa sənayesi və iqtisadiyyatının nə dərəcədə “yuxuya getdiyini” açıq şəkildə nümayiş etdirir:“Aİ danışıqları o qədər ləng aparır ki, bir çox ölkələr Çin və Rusiyadan vaksin almağa başlayıblar. İttifaq yalnız əlavə bürokratik strukturdur. O, heç zaman bizim maraqlarımıza cavab verə bilməz və əksinə, fəaliyyətimizi daha da iflic edir”.
Bütün bunları nəzərə alaraq, müəllif Fransanın Aİ-dən çıxması prosesinin başlamasını real hesab etdiyini qeyd edib.
Fransanın nə üçün Aİ-dan çıxmaq istədiyini “Sherg.az”a açıqlayan “Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyinin sədri, politoloq Azər Rəşidoğlu bildirib ki, Aİ indi dünyada əsas söz sahibi olan geosiyasi güc sahibidir:
“Lakin son illər dünyada cərəyan edən proseslər bu təşkilatı çətin duruma salıb. Aİ ilə ABŞ və Rusiya arasında açıq rəqabət müşahidə edilir. Məsələn, "Şərq Tərəfdaşlığı" layihəsi Avropa-Rusiya münasibətlərinin pozulması ilə sonuclanır.
Moskvanın postsovet məkanı da daxil olmaqla, dünyanın əksər regionlarında geosiyasi və hərbi fəallığını artırması ilə Aİ üçün "Şərq Tərəfdaşlığı" layihəsini çətinləşdirib.
Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" ölkələri ilə əlaqələri inkişaf etdirmək istəyini bir daha bəyan etməsi tamamilə gözləniləndir. Digər tərəfdən, Aİ bəzi Avropa ölkələrinin də müstəqil diplomatiyası üçün problemlər yaradır.
Avropa ölkələrinin bəziləri Rusiya ilə əməkdaşlığa hazırlaşır. Aİ-nın uğurları və səmərəli siyasəti fonunda Şərq tərəfdaşları praqmatik əsaslarda, təntənəsiz və Rusiyanı qıcıqlandırmamaqla Avropaya daha da yaxınlaşa bilərlər. Aİ ilə daha yaxın əlaqələrə gedən Ukrayna, Gürcüstan və Moldova isə Rusiyadan uzaqlaşır.
Avropa ilə yaxınlaşmaqla bərabər Rusiya ilə münasibətləri də inkişaf etdirən Azərbaycan müstəqil balans siyasətini qoruya bilir. Rusiya iqtisadi, sosial, mədəni, hərbi və texnologiya istiqamətlərində ciddi inkişafa nail olarsa və Aİ ilə rəqabəti gücləndirərsə, 2030-cu ilə qədər "Şərq Tərəfdaşlığı"nın iştirakçısı olan ölkələrdə öz nüfuzunu tam təmin edə bilər. Zəifləmiş Aİ isə bu istiqamətdə hər hansı uğura ümid edə bilməz.
Ukrayna parçalana bilər, Moldovada qütbləşmə dərinləşər, Belarus tam asılı vəziyyətə düşər, Ermənistan forpost olaraq qalar, Azərbaycan Rusiya ilə əlaqələrini daha da genişləndirər, Gürcüstan isə Amerikaya sığınmaqla özünü qorumağa çalışar. Ai özü də müəyyən mənada Rusiyanın təsiri altına düşməkdədir. Bu kontekstdə "Şərq Tərəfdaşlığı" Proqramı hazırkı anlamını və məzmununu itirir. Bununla da tərəfdaş ölkələrin Avropa arzusu başa çatır”.
Politoloqun fikrincə, istisna deyil ki, yaxın gələcəkdə Avropa ölkələri arasındakı münasibətlərin ziddiyyətləri Aİ-ni bir qurum kimi dağıtsın:
“ABŞ, Türkiyə, Çin və İran üçün Aİ önəmsizdir. Bir sözlə, yeni dünya düzənində ciddi proseslər baş verir. Güclü təşkilatların dağılması da bu prosesin tərkib hissəsidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət