Gürcüstan parlamenti “xarici agentlər haqda" qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib
Yusif Nəzərli
05:24 13.05.2024
Dünya
360
Gürcüstan parlamentinin Hüquqi məsələlər komitəsi hakim “Gürcü Arzusu” partiyasının təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda nəzərdən keçirərək təsdiqləyib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, qərar bir neçə dəqiqə əvvəl komitə tərəfindən qəbul edilib. Komitə sədri Anri Oxanaşvilinin sözlərinə görə üçüncü oxunuşda deputatların yalnız redaksiya xarakterli çıxış etmək imkanı olub. İclasda iştirak edən deputatların iradları və ya rəyləri olmayıb və onlar qanun layhəsini dəstəkləyiblər. Komitə iclası başlayandan 2 dəqiqə sonra başa çatıb.
Qanun layihəsinə əsasən büdcəsinin 20%-dən çoxu xaricdən formalaşan qeyri-kommersiya təşkilatları “xarici dövlətin maraqlarını həyata keçirən təşkilat” kimi reyestrdən keçməli, hər il maliyyə hesabatı verməlidir. Qanun layihəsi eyni zamanda ölkənin Ədliyyə nazirliyinə qeyri-kommersiya təşkilatları ilə bağlı araşdırma aparmaq səlahiyyəti verilməsini nəzərdə tutur.
Reyestrdən keçməyən təşkilatların təxminən 25 min lari (15 min manat) cərimələnməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Astanada sərnişin PUA-sı sınaqdan keçirilib
13:44 06.08.2026
Dünya
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
13:40 06.08.2026
Dünya
AZAL-ın fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirəcək
13:36 06.08.2026
Aktual
NASA: "Falcon 9" raketinin fraqmenti plansız şəkildə Aya çırpılıb
13:27 06.08.2026
Dünya
NBC: Trampın zəngindən sonra Pentaqonda təcili iclas çağırılıb
13:11 06.08.2026
Gündəm
"Deportivo" Anhelinyonu "Roma"dan icarəyə götürüb
12:57 06.08.2026
Futbol
Ərdoğan MTŞ-də Cənubi Qafqazı müzakirə edəcək
12:42 06.08.2026
Gündəm
Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?
12:39 06.08.2026
Cəmiyyət
İsmayıllıda 7 yaşlı uşaq qıcolmadan ölüb
12:27 06.08.2026
Hadisə
İsrail ordusu Livanın cənubuna zərbələr endirdi
12:11 06.08.2026
Dünya
97 yaşlı qadın uçan təyyarənin qanadı üzərində rekord qırdı
11:07 06.08.2026
Dünya