Gürcüstanın sabiq baş naziri yeni siyasi partiya yaradıb
00:07 30.05.2021
Dünya
396
Bu gün Gürcüstanda “Gürcüstan naminə” adlı yeni siyasi partiyanın yaradıldığı elan edilib.
AZƏRTAC xəbər verir ki, Gürcüstanın sabiq baş naziri Giorgi Qaxariya “Gürcüstan naminə” partiyasının sədri seçilib.
Partiyanın təqdimat mərasimində 400-ə yaxın partiya tərəfdarı, diplomatik korpusun nümayəndələri və qonaqlar iştirak ediblər.
G.Qaxariya partiyadaşları qarşısında çıxış edərək bildirib ki, partiya kiminsə, hansısa siyasi qüvvə və ya partiyanın əleyhinə deyil, Gürcüstan naminə yaradılıb.
Onun sözlərinə görə, rəhbərlik edəcəyi siyasi təşkilat Gürcüstandakı siyasi proseslərdə, ölkənin çiçəklənməsi və Avroatlantik inteqrasiyasında fəal iştirak edəcək.
Qeyd olunub ki, partiya bu ilin payızında yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərdə iştirak edəcək.
Partiyaya parlamentin 6 deputatı, hökumətdə vəzifə tutan bir sıra nüfuzlu şəxslər üzv olublar. Ötən gün Gürcüstanın NATO-dakı sabiq səfiri Levan Dolidze və keçmiş prezident Giorgi Marqvelaşvilinin müşaviri Giorgi Abaşişvili də partiyaya qoşulublar.
Məlumat üçün bildirək ki, Rusiyada uzun müddət biznes fəaliyyəti ilə məşğul olan G.Qaxariya 2012-ci ildən Gürcüstanda müxtəlif vəzifələrdə çalışıb. O, 2019-cu ilin sentyabrından bu ilin fevral ayının 18-dək hökumət başçısı vəzifəsini tutub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kipr sahillərində gəmi qəzasına görə 3 azərbaycanlı saxlanılıb
17:03 03.09.2026
Hadisə
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
16:50 03.09.2026
Ölkə
Seneqallı nazir DOST Mərkəzi ilə tanış olub
16:39 03.09.2026
Sosial
Atımı satıb Bakıya, Qurultaya gəldim - Tatar kəndlisi nə danışırdı?
16:37 03.09.2026
Tarix
Ukrayna Soçi limanında Rusiya gəmisini vurdu
16:35 03.09.2026
Dünya
Şagirdlərin yerdəyişməsi dayandırılır
16:12 03.09.2026
Elm və Təhsil
Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirildi
15:43 03.09.2026
Cəmiyyət
Paşinyandan Zaxarovaya cavab: Bunu haradan çıxardılar?
15:35 03.09.2026
Dünya
İranın danışıqlara qayıtması üçün ABŞ-yə dörd şərti var
15:14 03.09.2026
Gündəm
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm