
Harris güclü çıxdı: Tramp təkrar debata razılıq verməyəcək
Yusif Nəzərli
02:18 15.09.2024
Dünya
444
“Uğurlu çıxışdan ruhlanan Harris qərargahı oktyabrda yeni debat istəyir”
Harrisin açıq qələbəsi sayılan debatın ictimai rəyə nə qədər təsir edəcəyi sual altındadır
ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp demokrat rəqibi, vitse-prezident Kamala Harrislə debatda özünü qalib elan edib. O həmçinin Kamala Harrislə debatların yeni raundunu keçirməkdən imtina edib.
Namizəd bu barədə “Truth Social” hesabında yazıb:
“Boksçu döyüşü uduzduqda ağzından çıxan ilk sözlər belə olur: “Mən yenidən döyüşmək istəyirəm”. Rəy sorğuları açıq şəkildə göstərir ki, mən çərşənbə axşamı Kamala Harrisə qarşı debatda qalib gəldim və o, dərhal debatların ikinci raundunu tələb etdi”.
Qeyd edək ki, ABŞ prezidentliyinə namizədlər Kamala Harris və Donald Tramp arasında "ABC News"da seçkiqabağı canlı teledebat baş tutub. Debatda tərəflər bir-birnə qarşı ciddi ittihamlar səsləndiriblər. Tramp və Harris debatda bir-birilərini ölkəni idarə etmək üçün proqramın olmamasında ittiham etdilər.
Tramp Harrisin Baydenin planını “kopyaladığını” iddia edir. O, cavabında bildirib ki, eks-prezident amerikalıların qayğısına qalmaqdan daha çox özünün qayğısına qalmaqda maraqlıdır.
Donald Tramp ilə Kamala Harris arasındakı gərgin debatı şərh edən siyasi şərhçi Yadigar Sadıqlının fikrincə, birinci debat zamanı Bayden necə böyük hesabla uduzmuşdusa, ikinci debat zamanı Tramp da Kamala Harrisə, demək olar, eyni hesabla uduzdu. Bu mövzuya sosial media hesabında toxunan Y.Sadıqlı hesab edir ki, Harrisin Baydendən daha uğurlu çıxış edəcəyi şübhə doğurmasa da, debat təcrübəsizliyinin özünü göstərəcəyi ehtimalı vardı:

“Hər halda, bu, Tramp üçün səkkizinci debat idi (Hillari Klintonla 2016-cı ildə üç debat, Baydenlə 2020-ci ildə üç və bu il bir debat). Harris isə 2020-ci ildə vitse-prezidentlik uğrunda alternativi Maykl Penslə bir debatda olmuşdu. Üstəlik, natiqlik qabiliyyəti ilə seçilmədiyi də məlumdur. Amma Harris qalib gəldi. Bir yandan gözlənildiyindən daha yaxşı çıxış etdi. Digər tərəfdən də daha çox Tramp uduzdu. Əvvəlki yalanlarını təkrar etdi. Amma əgər Baydenlə debatı zamanı istənilən yalanı söyləyib cavab almırdısa, bu dəfə debat moderatorları faktçekinqə əsaslanaraq Trampın dediklərini inkar edirdilər. Məsələn, deyəndə ki, demokratlar hamiləliyin doqquzuncu ayında aborta, hətta yeni anadan olan körpələri öldürmək hüququna tərəfdardırlar, moderatorlar bunu ifşa etdilər”.
Y.Sadıqlı deyib ki, Harris mikrofonu söndürülən zaman da debatda iştirak etməkdə davam edirdi. Trampın dediklərinə gah qaşlarını qaldıraraq, gah başını yelləyərək, gah da açıq-aşkar gülərək reaksiya verirdi:
“Tramp xarakterli adamlar üçün isə gülməli olmaq dözülməzdir, belə hallarda müvazinətlərini itirirlər. Uğurlu çıxışdan ruhlanan Harris qərargahı oktyabrda yeni debat istəyir. Trampın razılıq verəcəyinə inanmıram. Çünki onun öz performansını yaxşılaşdırmaq potensialı yoxdur. Yenə eyni şeyləri deyəcək. Amma Harrisin var. Bununla belə, Harrisin açıq qələbəsi sayılan debatın ictimai rəyə nə qədər təsir edəcəyi sual altındadır. Şanslar isə o qədər bərabərdir ki, 1-2 faizlik titrəmə də yarışın taleyini həll edə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya