
HƏMAS və İsrail arasında razılaşma: Yaxın Şərqə də sülh, əmin-amanlıq, firavanlıq və əməkdaşlıq gələ bilər
12:19 16.01.2025
Dünya
511
Atəşkəsin uzunömürlü ola biləcəyi sual altındadır.
SEPAH İsraillə HAMAS arasında atəşkəs və və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb. İran İslam İnqilabı Keşikçiləri Korpusu bəyanatında HAMAS-ı İsrailə qarşı “atəşkəsin tətbiqində əldə etdiyi böyük qələbə” münasibətilə təbrik edib. Bəyanatda qeyd edilib ki, “müharibənin başa çatması və atəşkəsin tətbiqi Fələstin üçün açıq-aşkar qələbə, İsrail üçün isə daha böyük məğlubiyyətdir”.
SEPAH, həmçinin “İsrailə atəşkəs razılaşmasının mümkün pozulmalarına qarşı xəbərdarlıq edib, hər hansı yeni müharibə aktları ilə mübarizə aparmağa hazır olduğunu” vurğulayıb.
Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan “Sherg.az”a söyləyib ki, hadisələr belə davam edərsə, Yaxın Şərqə də sülh, əmin-amanlıq və firavanlıq gələ bilər:

“Sözügedən sənəd 8 bənddən ibarətdir. Birinci maddədə, “İkinci mərhələyə hazırlıq”da qeyd edilib ki, tərəflərin və vasitəçilərin məqsədi girovların və əsirlərin mübadiləsinə dair 2024-cü il mayın 27-də əldə edilmiş razılaşma üzrə yekun konsensusa nail olmaqdır. İkinci mərhələnin həyata keçirilməsi şərtləri ilə bağlı danışıqlar davam etdiyi müddətdə birinci mərhələnin bütün prosedurları ikinci mərhələdə davam etdiriləcək. İsrail ordusunun Qəzza zolağından çıxarılması HƏMAS üçün vacib məsələ idi. Odur ki, ikinci maddədə bu məsələ öz əksini tapıb. İsrail qoşunları 400 metrdən çox olmayan beş lokallaşdırılmış məntəqə istisna olmaqla, perimetri 700 metr daxilində yerləşdiriləcək. Əsir və girovların dəyişdirilməsinə dair razılıq birinci atəşkəs zamanı əldə edilmişdi. İlk növbədə, xəstə, yaşlı, yaralı məhbuslar sərbəst buraxılacaq. Ömürlük azadlıqdan məhrum edilmiş 110 fələstinli məhbus 33 xəstə və yaralı israilli ilə mübadilə olunacaq. 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumunda iştirak etməyən, Qəzza zolağında saxlanılmış min fələstinlini də İsrail sərbəst buraxacaq”.
Eskpert qeyd edib ki, Atəşkəsin birinci mərhələsi 42 gün sürəcək:
“Bu müharibə 468 gündür davam edir. Razılaşma sənədi qüvvəyə minən gün bu rəqəm 471 gün olacaq. Yanvarın 16-dək olan məlumata əsasən, bu müddət ərzində Qəzza zolağında 46 mindən çox insan ölüb, 2,3 milyon nəfər isə köçüb. Bu isə bölgədə humanitar fəlakət yaradıb. Atəşkəs rejimi hələ ötən ilin yayında reallaşa bilərdi. Bu prosesin, İsraillə danışıqların tərəfdarı olanlar, yaxud əksinə, bu prosesə qarşı çıxanlar (İsmayıl Həniyə, Yəhya Sinvar və başqaları) öldürüləndən sonra vəziyyət dəyişməyə başlayıb. Atəşkəsin uzunömürlü ola biləcəyi sual altındadır. Hərəkatın başlıca sponsoru sayılan İran artıq Qəzza zolağından, Livandan, Suriyadan geri çəkilib. Bu, o deməkdir ki, Tehran hakimiyyəti nəzarəti altında olan əraziləri itirib. Ümumiyyətlə, onun perspektivdə oralara eyni statusla qayıdacağı mümkünsüzdür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm