Husilər Türkiyə PUA-sını vurdular

Yəmənin qiyamçı “Ənsarallah” Hərəkatı (husilər) Taiz vilayətinin hava məkanında Səudiyyə Ərəbistanına məxsus Türkiyə istehsalı “Bayraktar Akıncı” kəşfiyyat-zərbə PUA-sını vurub.

Teleqraf xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Yəhya Səriya bildirib.

“Səudiyyəyə məxsus “Bayraktar Akıncı” kəşfiyyat-zərbə pilotsuz uçan aparat Taiz vilayətinin hava məkanında missiya yerinə yetirərkən Yəmən silahlı qüvvələri (husilər) tərəfindən vurulub”, - o iddia edib.