
III Dünya müharibəsi fikiri məntiqlidir: Türkiyə də savaşa qatıla bilər -ŞƏRH
10:05 09.07.2025
Dünya
517
Avropa 2030 və ya 2031-ci ilə qədər Rusiya ilə müharibəyə hazır olacaq.
Bunu Dövlət Dumasının deputatı Andrey Qurulev deyib.
Onun sözlərinə görə, Avropa ölkələrinin başçıları və hökumətləri öz əhalisini qaçılmaz münaqişəyə hazırlayır:
“Düşünürəm ki, 2029-cu ilə qədər Avropa Birliyinin münaqişəyə hazırlaşmağa vaxtı olmayacaq”.
Qeyd edək ki, iyun ayında “Qalx, Fransa” partiyasının lideri Nikola Düpon-Aignan AB-nin Rusiyaya müharibə elan etmək istəyini açıqlamışdı.
Mart ayında Avropa Komissiyası “Avropanın yenidən silahlanması” adlı yeni müdafiə strategiyasını təqdim edib. Bir sıra Aİ ölkələrinin etirazlarından sonra sənədin adı “Hazırlıq 2030” olaraq dəyişdirilib. Strategiya dörd il ərzində təxminən 800 milyard avro cəlb etməyi nəzərdə tutur.
Politoloq Oqtay Qasımov “Sherg.az”a bildirib ki, 2029-2030-cu illərdə Rusiya ilə Avropa arasında savaşın ola biləcəyi ilə bağlı ehtimal müxtəlif şəxslər tərəfindən dilə gətirilir:

“Almaniyanın müdafiə naziri də bir neçə dəfə bu fikirləri təkrar edib. Rusiyalı deputatının da bu fikri söyləməsi sözügedən açıqlamadan qaynaqlanır. Ruslar hesab edir ki, məhz 2029-cu ilə qədər Avropa öz iqtisadiyyatını ciddi şəkildə hərbi yönümlü edəcək. Hətta Aİ bu ilin əvvəlində hərbi xərclərin artırılması məsələsinə dair qərar qəbul edib. Qoca qitə gələcək üçün 850 milyard avroluq fondun yaradılması razılaşdırılıb. Bu da o deməkdir ki, Avropa özünü Rusiyadan müdafiə etmək və təhdidləri qarşılamaq üçün çox ciddi şəkildə silahlanmaya keçid edir. Əgər müharibə olarsa, bu qlobal bir savaşa da çevrilə bilər. Amma həmin müddətə 4-5 il zaman var. 4-5 ilə dünyada təhlükəsizlik arxekturasında münasibətlərdə ciddi dəyişikliklər mümkündür. Bu dəyişikliklər də ehtimal olunan savaşa öz təsirini göstərə bilər. Yəni NATO öz bütövlüyünü qorusa, Avropa ilə Amerika arasında müdafiə sahəsində anlaşmalar həyat keçirə bilər. Avropa Amerikanın tələblərini qəbullanaraq, hərbi xərclərini 5%-ə qədər artıra bilsə, Amerika Avropaya müəyyən dəstək göstərəcək. Eyni zamanda , Avropanın özünün də müdafiə imkanları ciddi şəkildə artacaq”.
Politoloqun sözlərinə görə, Türkiyənin sözügedən zamana qədər NATO-ya üzv olaraq qalması təqdirində savaşa qatılma ehtimalı gözləniləndir:
“O zamana qədər dünyada çox ciddi dəyişiklikləri gözardı etmək olmaz. Belə bir savaş olarsa, qlobal müharibəyə çevrilə bilər. lll Dünya müharibəsi ilə bağlı söylənilən fikirlər məntiqlidir. Faktiki olaraq dünyada hazırda hərbi-siyasi vəziyyət çox gərgindir. Bir çox ölkələr müharibə vəziyyətindədirlər. Rusiya-Ukrayna savaşında çox müxtəlif güclər birbaşa olmasa da, dolayısı ilə iştirak edirlər”.
Kəmalə Vəliyeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət