İran 2 milyon qeyri-qanuni immiqrantı deportasiya edəcək
10:21 17.09.2024
Dünya
526
Ölkədə təxminən 5 milyon əfqan var və onların çoxu qeyri-qanuni mühacirdir
Tehran administrasiyası ölkədə qalmaq icazəsi olmayanları göndərməyə başlayacaq.
Sherg.az xəbər verir ki, İran Polis Təşkilatının baş komandanı, briqada generalı Əhməd Rza Radan 2025-ci ilin mart ayına qədər ölkədəki təxminən 2 milyon qeyri-qanuni immiqrantı deportasiya etməyi planlaşdırdıqlarını bildirib.
Ötən həftə Radan dövlət televiziyasına bağlı Gənc Jurnalistlər Klubuna (YJC) ölkədəki qeyri-qanuni mühacir problemi ilə bağlı açıqlama verib.
Ölkədəki qeyri-qanuni mühacir probleminə qarşı Daxili İşlər Nazirliyi və digər əlaqədar qurumlarla birlikdə tədbirlər görməyə çalışdıqlarını ifadə edən Radan, “Ölkədə qeyri-qanuni olan xeyli sayda icazəsiz xarici vətəndaşı sonuna qədər deportasiya edəcəyik."-deyə bildirib.
1979-cu ildə Sovet İttifaqının Əfqanıstanı işğal etməsindən sonra İrana başlayan əfqan qaçqın axını ABŞ-ın işğalı, vətəndaş müharibələri və qeyri-sabitlik səbəbindən təxminən 42 ildir davam edir.
Xüsusilə son illərdə təhlükəsizlik, siyasi və iqtisadi problemlərin yaşandığı Əfqanıstandan İrana qeyri-qanuni mühacirlərin intensiv axını müşahidə olunur. İran rəsmiləri bildirirlər ki, qeyri-rəsmi məlumatlara görə, ölkədə təxminən 5 milyon əfqan var və onların çoxu qeyri-qanuni mühacirdir.
Keçmiş daxili işlər naziri Əhməd Vahidi 2023-cü ilin oktyabrında "Qanunsuz immiqrantlar ölkəni tərk etməlidirlər. Bizə həmçinin geri göndərilən və sonra ölkəmizə qayıdan immiqrantlarla mübarizə üçün daha güclü mexanizm lazımdır" deyib.
Prezident Məsud Pezeşkiyan da seçki kampaniyası zamanı qeyri-qanuni mühacirlərin ölkədə narkotik və məşğulluq kimi ciddi sosial zərərlərə səbəb olduğunu və bu problemi həll edəcəklərini bildirib.
Digər tərəfdən İran ölkənin şərqində Əfqanıstanla sərhəddə 930 kilometr uzunluğunda divar inşa etməyə başlayıb.
Daxili İşlər Naziri İsgəndər Mumini sentyabrın 6-da verdiyi açıqlamada ölkədə qeyri-qanuni mühacirlərin bir çox problemlərə səbəb olduğunu və onların ən qısa zamanda deportasiya ediləcəyini bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya