İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır

İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazının qərb səmasında ABŞ istehsalı MQ-1 tipli pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb.

Sherg.az xəbər verir ki, İranın rəsmi IRNA agentliyinin yaydığı məlumata görə, PUA İranın hava hücumundan müdafiə sistemi tərəfindən aşkarlanaraq vurulub.

İran tərəfi bir gün əvvəl də Hörmüz boğazı üzərində eyni tipli PUA-nın vurulduğunu açıqlamışdı.

ABŞ-da 1990-cı illərdə istehsal edilən MQ-1 tipli PUA-lar əvvəlcə müşahidə və kəşfiyyat məqsədilə hazırlanıb. Sonradan bu aparatlara yeni kameralar və raket sistemləri quraşdırılıb.