
“İran da Rusiya və Ermənistan qədər dağıdıcıdır”
Yusif Nəzərli
13:20 06.10.2022
Dünya
760
"Bəzi dövlətlər işğalçı və regionda dağıdıcı ünsür kimi fəaliyyət göstərir. Rusiya hər zaman aqressiv siyasəti ilə əraziləri zəbt və sonra ilhaq edən dövlət kimi tanınır:
Bu sözlər “Sherg.az”a politoloq Natiq Miri İranın Rusiyanı PUA ilə təzhiz etməsindən danışarkən bildirib. Onun sözlərinə görə, rəsmi Moskva həmişə qonşu dövlətləri parçalayıb, separatizmi körükləyən, inkişaf etdirən bir ölkə olub:
"Həmçinin bundan istifadə edərək, özünün geosiyasi maraqlarını təmin edir. Eyni davranışlar "cırtdan" Ermənistana da aiddir. Kreml və digər havadar dövlətlərin sayəsində geosiyasi alətə çevrilərək, zaman-zaman böyük cinayətlər törədilib. Bu əməllər isə görməzdən gəlinib.

Ona görə də hər zaman Ermənistan da regionda dağıdıcı ünsür rolunda iştirak edib. Çünki bu günə qədər bizə məlum olan siyasət Ermənistanın mənafeyinə uyğun şərait yaradılıb. Rəsmi İrəvan da bu durumdan faydalanaraq, qonşu ölkələrin ərazilərini işğal, yaxud da ətraf ölkələrə ərazi iddiası ilə çıxış edib”.
Eyni vəziyyətin İrana da aid olduğunu deyən politoloq diqqətə çatdırıb ki, ən azından konstitusiyaya uyğun olaraq, İran islam ölkəsi hesab edilir. Buna rəğmən rəsmi Tehran çevrəsindəki bütün islam ölkələri ilə düşmənçilik aparır:
“Bu gün İran ərəb ölkələri ilə xüsusilə də, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələr, o cümlədən Pakistan və Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdür.
Bu, heç kimə sirr deyil. Rəsmi Tehran Rusiya və Ermənistan kimi dağıdıcı qüvvədir. İranın yüz illər boyu məhz bu statusda çıxış etməsindən həmçinin Qərb dünyası da maraqlı olub. İndi də mövqelərini gizlətmirlər. Bütün islam dünyası ilə ədavəti olan cənub qonşumuz kimi bir bataqlığı Qərb dünyası, başda da ABŞ nəyə görə qurutmağa səy göstərsin?!
Onların susaraq, izləməsinin səbəbi rəsmi Tehranın varlığının islam dünyasının birliyinə imkan vermədiyindən irəli gəlir. Dağıtmağa meyilli ölkələr, əlbəttə, bütün şəraitdə biri-birinə dəstək olmağa davam edirlər. Çünki missiyanın tələbi eynidir. Hazırda da dini baxımdan baxışların fərqli olmasına baxmayaraq, geosiyasi maraqlar bu dövlətləri yenidən birləşdirir. Bu gün Azərbaycan əksəriyyəti şiyə toplumundan ibarət olan bir ölkədir.
İran da şiyə məzhəbinə xidmət edir. Amma rəsmi Tehran Azərbaycan-Ermənistan münaqişələrində hər zaman rəsmi İrəvana dəstək verib. Alt-üst etməyə çalışan dövlətlər təkcə özləri və ətrafları deyil, həmçinin dünya ölkələri üçün də problem yaradır".
Qeyd edək ki, Ukraynada hərbçilər işğalçıların Odessaya hücum etmək üçün istifadə etdikləri İranın hücum pilotsuz təyyarəsi "Qods Mohajer"6-nı endirməyə nail olublar. Bu barədə Publika.az Ukrayna Müdafiə Nazirliyinin səhifəsinə istinadla məlumat yayıb. "Budur, Odessaya hücumu koordinasiya etmək üçün bir neçə gün əvvəl buraxılmış İranın “Qods Mohajer-6” PUA-sı", - mesajda deyilir. Bu PUA kəşfiyyat, müşahidə, kəşfiyyat və atəşə zərər vurmaq üçün nəzərdə tutulub. Hərbçilərin sözlərinə görə, pilotsuz təyyarə 4-ə qədər yüksək dəqiqlikli sursat daşıya bilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əncirin elmi sübut olunmuş – 3 əsas faydası
04:14 25.08.2026
Sağlamlıq
Haitidə silahlı dəstənin hücumu nəticəsində 42 nəfər ölüb
03:33 25.08.2026
Dünya
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi