İran Ermənistana 600 raket hədiyyə edib
Yusif Nəzərli
14:09 07.12.2022
Dünya
463
Son günlər Azərbaycan mətbuatında İrandan Azərbaycanın Qarabağ bölgəsinə qeyri-qanuni səfərlərlə bağlı məlumatlar yayılır.
Baxmayaraq ki, kütləvi informasiya vasitələrində altı gün ərində (24-dən 30 noyabra qədər) 27 İran vətəndaşının Qarabağ bölgəsinə soxulması ilə bağlı sübutlar təqdim edilir, İran tərəfi bu məsələyə aydınlıq gətirməyə tələsmir və onların Xankəndiyə hansı məqsədlə yollandıqlarını şərh etmir.
Bu arada İranın Azərbaycana qarşı daha bir planı üzə çıxıb.
Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, İran birləşmələrinin Qarabağa soxulmasından təxminən bir ay əvvəl -oktyabrın sonunda molla rejimi gizli şəkildə Ermənistana İran istehsalı olan 600 raket kompleksi göndərib.
Üstəlik, Ermənistana İslam İnqilabı Keşikçiləri Korpusu(SEPAH) tərəfindən 500 ədəd “Dehlavieh” tank əleyhinə idarə olunan raket kompleksi və 100 ədəd “Almas” tank əleyhinə raket kompleksi bağışlanıb. Bəli, məhz hədiyyə edib, satılmayıb.
Qeyd edək ki, tank əleyhinə idarə olunan raket kompleksi “Dehlavieh” 2012-ci ildə İranın Müdafiə və Silahlı Qüvvələrinə Dəstək Nazirliyinin sifarişi ilə, tank əleyhinə raket kompleksi “Almas” isə 2021-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının sifarişi ilə hazırlanıb.
İranın özündə bu komplekslər demək olar dünyada analoqu olmayan, ən əsası isə molla rejiminin əsas rəqibləri hesab etdiyi ABŞ və İsrail silahlı qüvvələrinə qarşı effektiv silahlar kimi qəbul edilir.
Təsadüfi deyil ki, İranın hərbi-sənaye kompleksinin nümayəndələri qürurla bəyan edirlər ki, İraqdakı döyüşlərdə sınaqdan keçirilmiş “Almas” və “Dehlavieh” İsrailin “Merkava” (İsrail Milli Ordusu üçün istehsal olunmuş əsas döyüş tankı) və ABŞ-ın “Abrams” yeni nəsil döyüş tanklarını “asanlıqla məhv etməyə” qadirdirlər.
İranın 27 nəfərdən ibarət iki dəstəsinin Qarabağa soxulması və demək olar ki, eyni vaxtda İranın Ermənistana raket ötürməsi təsadüfdürmü?
Bəlkə bu, İran tərəfinin hələ də öz vətəndaşlarının Qarabağda nə “itirdiklərinə” aydınlıq gətirməməsi ilə bağlıdır?
İrandan olan qruplar haqqında məlumatların yayılmasından dərhal sonra iranlıların Xankəndiyə gələrək yerli quldur dəstələrinə İran istehsalı olan silahlardan istifadəni öyrədə biləcəyi ilə bağlı versiyalar ortaya çıxdı.
Əgər bu versiya təsdiqini tapsa, o zaman bunun yalnız bir izahı ola bilər: Ermənistana bağışlanan sursatın bir hissəsi sülhməramlıların qanadı altında özlərini çox rahat hiss edən terrorçu qruplara ötürülüb.
Təbii ki, bu versiyalardan yalnız biridir. Hər halda, İran tərəfi gec-tez həm Ermənistana raketlərin bağışlanmasını, həm də Qarabağa göndərilən dəstələr məsələsinə aydınlıq gətirməli olacaq.
Qeyd edək ki, Caliber.Az-a etibarlı mənbədən daxil olan informasiyaya görə, İranın Ermənistana raket ötürməsi ilə bağlı məlumatlar tam dəqiqdir.
Niyə cənub qonşumuz İrəvanı silahlandırmaqla məşğul olur?
Ümid edirik ki, Tehrandan bu suala cavab veriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual
Rusiya Ukraynada sərnişin qatarını vurdu
11:44 23.08.2026
Gündəm
Qazaxda iki minik avtomobili toqquşub, 3 nəfər ölüb
11:15 23.08.2026
Hadisə