İran rejimi qorxu yaratmaq üçün edamların sayını artırıb
İran rejimi qorxu yaratmaq üçün edamların sayını artırıb
Yusif Nəzərli
15:35 07.12.2022
Dünya
487
Dünya insan haqları təşkilatları İran rejiminin etirazçıları qorxutmaq üçün qəsdən ölüm hökmlərinin sayını artırdığını düşünürlər.
İnsan haqları təşkilatlarının məlumatına görə, 2022-ci ildə İranda 500-dən çox insan edam edilib. Bu, ötən illə müqayisədə təxminən 200 nəfər çoxdur (2021-ci ildə 333 nəfər edam edilib). Etirazlar başlayandan indiyədək isə artıq 11 vətəndaşa qarşı ölüm cəzası tətbiq edilib.
Hüquq müdafiəçilərinin fikrincə, bu tendensiya İran rejiminin ölüm hökmündən etirazçılara qarşı repressiya silahı kimi istifadə etdiyini göstərir.
“Bu insanlar İnqilab Məhkəməsinin qapalı qapıları arxasında qanuni proses və ədalətli mühakimə olmadan edama məhkum ediliblər, onların hökmlərinin heç bir hüquqi qüvvəsi yoxdur. Bu edamlar ictimaiyyətdə qorxu yaratmaq və ictimaiyyətin diqqətini İslam Respublikası kəşfiyyatının uğursuzluqlarından yayındırmaq məqsədi daşıyır”, - “Human Rights” təşkilatının İran bölməsinin rəhbəri Mahmud Əmiri-Müqəddam bildirib.
Xatırladaq ki, dekabrın 6-da İran məhkəməsi polisin müavinini öldürməkdə ittiham olunan 5 nümayişçi haqqında ölüm hökmü çıxarıb. Böyük Britaniyanın “Amnesty International” təşkilatı da nümayişlərdə iştirak etdiklərinə görə həbs edilən ən azı 28 nəfərin edam edilmə riski ilə bağlı məlumat açıqlayıb.
Mənbə: Express
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual
Rusiya Ukraynada sərnişin qatarını vurdu
11:44 23.08.2026
Gündəm
Qazaxda iki minik avtomobili toqquşub, 3 nəfər ölüb
11:15 23.08.2026
Hadisə