
İsmail Cingöz: Bu HƏMAS-İsrail danışıqlarında Türkiyənin mühüm iştirakçı olduğunu göstərir
12:10 14.01.2025
Dünya
666
Türkiyənin Milli İstehbarat Təşkilatının sədri İbrahim Kalın HƏMAS Siyasi Bürosunun rəsmiləri ilə telefon danışığı aparıb. Tərəflər İsraillə danışıqlarda əldə olunan irəliləyiş və yekun razılaşmanı müzakirə edib.
Eyni zamanda, atəşkəs danışıqlarının davam etdirilməsi razılaşdırılıb.
Mövzu ilə bağlı "Sherg.az"a danışan siyasi elm və beynəlxalq əlaqələr üzrə türkiyəli mütəxəssis İsmail Cingöz bildirib ki, Beynəlxalq ictimaiyyətdə HƏMAS münaqişəsində atəşkəs danışıqları barədə müzakirələr böyük əhəmiyyət kəsb edir:

"Xüsusilə, Türkiyə Kəşfiyyat Təşkilatının rəhbəri Səid İbrahim Kalının diplomatik əlaqələrini davam etdirərək inkişafları izlədiyi vurğulanıb. Bu, beynəlxalq mediada geniş əks-səda doğurub və HƏMAS-İsrail atəşkəs danışıqlarında Türkiyənin mühüm iştirakçı olduğunu açıq şəkildə göstərir. Orta Şərqdə Türkiyənin fikirləri alınmadan heç bir addım atıla bilməz. Rəsmi Ankara, İsrailin yanında yer alan ölkələrə qarşı açıq mövqe tutaraq beynəlxalq platformalarda atəşkəsin və sülhün təmin edilməsi üçün təkliflər irəli sürməyə davam edir. ABŞ-ın seçilmiş prezidenti Donald Tramp isə 20 Yanvar 2025-ci ildən sonra atəşkəs danışıqlarının nəticələrini görmək istədiyini bildirib. Bu, onun İsrail-HƏMAS arasında atəşkəsdən yana olduğu mesajını daşıyır".
Cingöz əlavə edib ki, Qəzza məsələsində, İran İsraillə görünüşdə düşmən kimi çıxış etsə də, onların keçmişdə gizli əməkdaşlıq etdikləri də xatırlanmalıdır:
"Rəsmi Tehran və Təl-Əviv arasındakı düşmənliyin, strateji maraqlara əsaslanan bir görüntü olduğu iddia edilir. Hazırda atəşkəslə bağlı davam edən danışıqlar əsirlər və cənazələr məsələsinə yönəlib. Atəşkəsin davamiyyətinə görə bufer zonanın qurulması məsələsində HƏMAS və İsrail arasında fikir ayrılıqları mövcuddur. HƏMAS bu bölgənin 300-500 metr genişliyində bir koridor olmasını təklif edir, İsrail isə sahənin 2 kilometrə qədər genişləndirilməsini istəyir. Bu, İsrailin HƏMAS-ın nəzarətindəki sərhəd bölgələrini daha sıx nəzarət altında saxlamaq istədiyini göstərir. Həmçinin, Qəzza bölgəsinə humanitar yardım tırlarının keçməsi ilə bağlı İsrailin sərhəd nəzarəti təmin edəcəyi qeyd edilir. Atəşkəs müddətinin, sülh danışıqları üçün zəmin yaradacağı gözlənilir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm