Kaya Kallas: Rusiya ilə Ukrayna mövzusunda danışıqların vaxtı hələ çatmayıb

Avropa İttifaqı hesab edir ki, Rusiya ilə Ukrayna münaqişəsi mövzusunda danışıqlara başlamağın vaxtı hələ çatmayıb.

Teleqraf xəbər verir ki, bunu jurnalistlərlə görüşündə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.

"Biz hesab edirik ki, bunun vaxtı hələ gəlməyib. Rusiyanı danışıqlara həqiqətən hazır olduğu bir vəziyyətə gətirmək üçün həqiqətən strateji səbr göstərməliyik", - deyə Aİ diplomatı sözünü yekunlaşdırıb.