Keçmiş rəis Kennedinin qətlində Xruşşovu günahlandırıb
02:36 24.02.2021
Dünya
521
Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru Ceyms Vulsi ABŞ-ın 35-ci prezidenti Con Kennedinin ölümündə SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Nikita Xruşşovu günahlandırıb.
APA xəbər verir ki, bu barədə “New York Post” nəşrinin Vulsi ilə kommunist Rumıniyasının Xarici Kəşfiyyat İdarəsinin general-leytenantı İon Paçep ilə yazdığı "Əjdaha Əməliyyatı: Kremlin Amerikaya Qarşı Gizli Müharibəsi" adlı kitabına istinad dərc etdiyi məqalədə bildirilir.
Müəlliflərə görə, Kennedini öldürən şəxs Li Harvey Osvald adlı KQB zabiti idi. İddiaya görə, SSRİ bu adamı 1957-ci ildə Yaponiyada ABŞ Donanmasında xidmət edərkən “əməkdaşlığa” cəlb edib. Bir sıra gizli tapşırıqları tamamladıqdan sonra Xruşşov ona ABŞ prezidentinə qarşı sərt addım atmağı şəxsən əmr edib.
"Osvald Sovet İttifaqında qalmaq istəsə də, Xruşşov onu Kennedini öldürmək üçün ABŞ-a qayıtmağa vadar edib. Osvald SSRİ-də bir qızla evlənir və 1962-ci ilin iyun ayında yenidən ABŞ-a göndərilir”, kitabda qeyd edilib.
Məqalədə daha sonra vurğulanıb ki, sonradan sovet hakimiyyəti Kennedini öldürmək "düşüncələrini dəyişdirir” və Osvalddan plandan imtina etməsi istənilir.
Müəlliflər Osvaldın "SSRİ-yə kor-koranə məhəbbət bəslədiyini" və əmrə tabe olmadığını vurğulayıblar.
Kitabda bu ifadələrə dair bütün dəlillər Varren Komissiyasının 26 cildlik hesabatında yer alıb. Ancaq sözügedən dəlillər o qədər "şifrələnmiş" şəkildə göstərilib ki, orada yazılanları hələ heç kim başa düşməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
17:42 04.09.2026
Gündəm
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
16:37 04.09.2026
İnfrastruktur
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya