Kolumbiya Prezidenti Abelardo de la Espriella ölkə ərazisində 7,4 maqnitudalı güclü zəlzələdən sonra fəlakət rejiminin elan edilməsi barədə sərəncam imzalayıb.
Sherg.az xəbər verir ki, bu barədə Tiempo nəşri məlumat yayıb.
Qərarın zəlzələnin nəticələrinin aradan qaldırılması və zərərçəkən bölgələrə yardım göstərilməsi üçün resursların operativ şəkildə səfərbər edilməsinə imkan verəcəyi bildirilib.
Qeyd edək ki, zəlzələ avqustun 10-da səhər saatlarında baş verib. Zəlzələnin episentri Çoko departamentindəki San-Xose-del-Palmar bələdiyyəsi ərazisində qeydə alınıb.
Təbii fəlakət nəticəsində 250-dən çox insanın öldüyü bildirilir. Bir sıra yaşayış məntəqələrində elektrik enerjisinin kəsilməsi xilasetmə və yardım işlərini çətinləşdirib. Xilasedicilər dağıntılar altında qalan insanların xəsarət almaması üçün axtarış-xilasetmə işlərini həm texnika, həm də əl ilə həyata keçirirlər.