Kraliçanın 10 illik dostu: Demə, rus agenti olub
09:30 15.01.2025
Dünya
637
Böyük Britaniyada ictimaiyyətə açıqlanan yeni məxfi “MI5” sənədləri rus agentinin Kraliça Elizabet və ailəsi ilə birlikdə 10 il ərzində sarayda yaşadığını ortaya qoyur. Necə olub ki, bu şəxsin agent olması uzun illər gizli qalıb?
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, 1964-cü ildə görkəmli sənət tarixçisi və kraliçanın rəsmlərinin tədqiqatçısı ser Antoni Blunt 1930-cu illərdən sovet agenti olduğunu etiraf edib. Hələ gənc Kembric tələbəsi ikən agent olmuş Blunt kraliçanın sənət məsələləri üzrə məsləhətçisi vəzifəsini icra edib. Blunt 20-ci əsrin ən məşhur casus şəbəkəsi sayılan “Kembric Beşliyi”nin üzvü olub. “Kembric beşliyi” İkinci Dünya müharibəsindən 1950-ci illərin ortalarına qədər İngiltərədə Sovet İttifaqına məlumat verən casus dəstəsi kimi tanınır. İkinci Dünya müharibəsi zamanı yüksək rütbəli zabit kimi Blunt KQB rəhbərlərinə böyük miqdarda gizli kəşfiyyat məlumatı ötürüb. Hökumət, onun vəzifədən kənarlaşdırılacağı və həqiqətin ictimaiyyətə sızacağı təqdirdə böyük bir qalmaqalın olacağı qorxusuna baxmayaraq, ona Britaniya institutlarının mərkəzində öz mövqeyini qoruyub saxlamağa icazə verib. Kraliçaya həqiqəti söyləmək qərarı 1973-cü ildə Blunta xərçəng diaqnozu qoyulduqdan və onun ölümündən sonra jurnalistlərin həqiqəti açıqlayacağından qorxandan sonra qəbul edilib. Kraliça nəhayət tam hekayəni öyrəndikdə həqiqəti "çox sakit və təəccüblənmədən" qarşılayıb. 1973-cü ilin fevralında baş nazir Edvard Hit kraliçanın şəxsi katibi Ser Martin Çarterisə göstəriş verib. Kraliçanın həqiqəti öyrəndikdən sonra Bluntdan həmişə şübhələndiyi irəli sürülüb. Bu barədə məlumat Daxili Təhlükəsizlik Xidmətinin, “MI5: Rəsmi Sirlər”in işinə həsr olunmuş böyük sərgidən əvvəl dərc olunub. Bu sərgi məşhur casusluq hadisələri haqqında zəngin təfərrüatlar verən real, rəsmi qeydlər kimi diqqəti cəlb edirdi. Antoni Blunt kral ailəsi üçün sənət tarixçisi olmamışdan əvvəl 1930-cu illərdə Kembric Universitetində sovet agenti kimi işə götürülüb. Blunt 1964-cü ildə ikili agent olduğunu etiraf edib və 1979-cu ildə ozamankı Baş nazir Marqaret Tetçer tərəfindən ifşa edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm