Krıma PUA hücumu: dinc sakin həlak olub

Krım rəhbəri Sergey Aksyonov Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) gecə hücumu nəticəsində dinc sakinin həlak olduğunu bildirib.

Onun sözlərinə görə, hadisə Razdolnenski rayonunun Novoselovskoye qəsəbəsində baş verib. Aksyonov mərhumun yaxınlarına başsağlığı verib və sakinləri yalnız rəsmi mənbələrdən yayılan məlumatlara etibar etməyə çağırıb.

Qeyd edək ki, gecə saatlarında Krasnodar diyarının Novorossiysk, Anapa, Gelencik şəhərləri və Temryuk rayonuna da PUA hücumları həyata keçirildiyi bildirilib. İlkin məlumatlara əsasən, hücum zamanı bir neçə yüz PUA-dan istifadə olunub.