Makron Paşinyanı qorumaq istəyir
Turan
07:40 02.06.2021
Dünya
683
"Fransanın “sülh təşəbbüsləri” Ermənistandakı seçkilərə açıq müdaxilə cəhdidir"
Fransa Ermənistanla Azərbaycan arasında sülhün bərpa olunmasına və dialoqun inkişafına yardım etmək istəyir. Bu barədə Fransa Prezidenti Emmanuel Makron Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla Parisdə görüşü zamanı bildirib. Makron deyib ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya və ABŞ-la birgə tərəflər arasında birbaşa dialoqun bərpasına nail olmaq üçün hər şeyi etmək niyyətindədir. Ermənistan-Azərbaycan sərhədində insidentlərlə bağlı danışan Makron qeyd edib ki, sərhədlərin delimitasiyası yalnız danışıqlar yolu ilə, güc tətbiq olunmadan həyata keçirilməlidir. Makron Paşinyanla Parisdə humanitar yardımı və iqtisadi əməkdaşlığı müzakirə etmək niyyətində olduğunu da bildirib.
Hər fürsətdə Cənubi Qafqaza soxulan, rədd edildiyi halda israrla proseslərə müdaxilə edən Fransa Prezidenti E.Makronun iddiasını “Şərq”ə dəyərləndirən siyasi icmalçı Azər Niftiyev bildirib ki, Fransa Dağlıq Qarabağ münaqişəsində tərəf kimi çıxış edir. Ekspertin sözlərinə görə, 44 günlük Vətən müharibəsi zamanı Fransa açıq-aşkar Ermənistanı müdafiə edirdi:
“Bu, istər siyasi münasibətlər kontekstində, istərsə də rəsmilər səviyyəsində aydın müşahidə olundu. Türkiyə sona qədər Azərbaycanın yanında oldu, bu gün də yanımızdadır. Amma Türkiyə ATƏT-in Minsk qrupunun həmsədri deyil və birtərəfli mövqe sərgiləyə bilər. Fransanın isə üzərinə götürdüyü öhdəliklər var. Vasitəçi ölkə tərəf kimi çıxış etməməlidir. Lakin rəsmi Paris dəfələrlə bu öhdəliyini pozub. Belə olduqda rəsmi Bakının tam haqqı çatırdı ki, Fransanın ATƏT-in Minsk qrupunda təmsilçiliyi məsələsini gündəmə gətirsin. Ancaq buna ehtiyac qalmayıb. Çünki Minsk qrupu fəaliyyətsiz qurumdur və münaqişələri nizamlamaq təcrübəsi yoxdur. Uğursuz təsisat olaraq tarixə qovuşub”.
A.Niftiyev vurğulayıb ki, Fransanın “sülh təşəbbüsləri” Azərbaycana qarşı təzyiq olmaqla yanaşı, həm də Ermənistandakı seçkilərə açıq müdaxilə cəhdidir: “Hər kəsə məlumdur ki, Nikol Paşinyan Qərbin proyektidir. Onun iqtidara gətirilməsində Fransanın da yaxından iştirakı olub. Ermənistanın kaputilyasiya aktından sonra Paşinyan erkən seçkilərə getmək məcburiyyətində qaldı. Qarşıda onu çox gərgin seçkilər gözləyir. Hazırkı şəraitdə Makronun məlum açıqlamaları da onu qorumaq cəhdindən qaynaqlanır. Bu həm də Türkiyəyə qarşı yönələn təzyiqdir. Türkiyənin beynəlxalq müstəvidə artan nüfuzu və müstəqil siyasət yürütməsi Qərb dairələrini, o cümlədən Fransanı da narahat edir”.
Həmsöhbətimiz hesab edir ki, ölkədə olan siyasi partiyalar, vətəndaş cəmiyyəti insitutları, o cümlədən rəsmi dairələr Fransaya qarşı ictimai etiraz formaları müəyyənləşdirməlidir:
“Əgər Emmanuel Makron Fransanın prezidentidirsə və bu dövlətin adından danışırsa, ATƏT-in Minsk qrupunda ölkəsinin götürdüyü öhdəliklərə əməl etməlidir. Yox əgər bunu da etməyəcəksə, həmsədrlikdən getməlidir. Məhz Minsk qrupunun uğursuz fəaliyyətinin nəticəsidir ki, Azərbaycan öz doğma torpaqlarını güc yolu ilə geri qaytardı. Bir halda ki, torpaqlarımız düşmən işğalından azad edilib və ortada yarıtmaz təcrübə var, belə olduqda Minsk qrupunun fəaliyyətinə birdəfəlik xitam verilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyandan Zaxarovaya cavab: Bunu haradan çıxardılar?
15:35 03.09.2026
Dünya
İranın danışıqlara qayıtması üçün ABŞ-yə dörd şərti var
15:14 03.09.2026
Gündəm
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm
Davudoğluna Ərdoğanı təhqir ittihamı ilə cinayət işi açıldı
13:48 03.09.2026
Dünya
Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb
13:44 03.09.2026
Aktual
İranda qırılma nöqtəsi yaxınlaşır - İsmail Cingözdən ŞƏRH
13:14 03.09.2026
Gündəm
Əməkdar artist Züleyxa Hacıyeva ilə vida mərasimi keçirilir
12:39 03.09.2026
Mədəniyyət
Sabah hava yağmursuz keçəcək
12:38 03.09.2026
Ekologiya
Publisistika tariximiz fundamental araşdırma formatında
12:34 03.09.2026
Media
Putin: Ukrayna münaqişəsinin həlli üçün şans var
12:30 03.09.2026
Gündəm
Ermənistana 989 ton olan dizel göndərildi
12:07 03.09.2026
Region
Lavrov: Tezliklə Ermənistan və Serbiyanın bu istəyi yox olacaq
11:46 03.09.2026
Dünya