- Hadisə İtaliya hökuməti daxilində də fikir ayrılığı yaradıb
İtaliyanın Baş naziri Corcia Meloni Ukrayna Prezidenti Volodimir Zelenskiyə “Mirotvorets” saytında İtaliyanın Baş nazir müavini Matteo Salvininin adının yer almasına görə narazılığını bildirib.
Sherg.az xəbər verir ki, bu barədə “Il Fatto Quotidiano” nəşri məlumat yayıb.
Diplomatik narazılığa səbəb noyabr ayında Salvininin, eləcə də “Beş Ulduz Hərəkatı”ndan olan italiyalı Avropa Parlamentinin deputatlarının məlumatlarının “Mirotvorets” bazasında dərc edilməsi olub.
Nəşrin məlumatına görə, Meloni Berlində “Könüllülər koalisiyası”nın sammiti çərçivəsində Zelenskiyə müraciət edərək bunun həm Salvini, həm də bütün italyanlar üçün qəbuledilməz olduğunu bildirib.
Hadisə İtaliya hökuməti daxilində də fikir ayrılığı yaradıb. Bundan sonra Ukraynanın İtaliyadakı səfirliyi saytın fəaliyyəti ilə əlaqəsinin olmadığını bəyan etsə də, nəşr Kiyevin Salviniyə rəsmi üzr istəmədiyini qeyd edib.
Qeyd edək ki, İtaliyanın “Beş Ulduz Hərəkatı” daha əvvəl “Mirotvorets” saytının bloklanmasına çağırıb. Partiya Avropa Parlamentinin deputatı Danilo Della Vallinin sülh naminə fəaliyyətinə görə bazaya daxil edildiyini iddia edir.