ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə görüş zamanı çəkilmiş birgə fotosunu sosial şəbəkədə paylaşaraq onu “dostum” adlandırıb.
Sherg.az xəbər verir ki, Tramp noyabrın 22-də “Truth Social” platformasında yayımladığı fotonun üzərinə “Mənim dostum” sözlərini yazıb.
ABŞ lideri bununla Putinə münasibətdə daha əvvəl də istifadə etdiyi ifadəni təkrarlayıb. O, həmin xarakteristikanı Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti zamanı da səsləndirmişdi.
Qeyd edək ki, Polşanın Baş naziri Donald Tusk Trampın Putinlə dostluq münasibətləri barədə açıqlamasına narazılığını bildirmişdi. Tramp isə polşalı siyasətçinin tənqidinə sərt reaksiya vermişdi.
Məlumata görə, Tramp və Putin arasında keçirilən görüş təxminən bir saat davam edib. Danışıqlarda ikitərəfli əməkdaşlıq perspektivləri və Ukraynada sülh məsələsi müzakirə olunub.