
Növbə Putinin sevgilisinə çatdı: Kabayevaya sanksiya... - FOTO
Yusif Nəzərli
12:17 07.04.2022
Dünya
1115
Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən Qərbin tətbiq etdiyi sanksiyalar da güclənməyə başlayıb. ABŞ-ın Putinin qızlarına sanksiya tətbiq etməsindən sonra, Putinin sevgilisi olduğu iddia edilən Alina Kabayevanın adı onun idarə etdiyi “National Media Group” təşkilatının siyahısından çıxarılıb.
“Sherg.az” xəbər verir ki, Putinin “təbliğat maşını” adlandırılan “NMG” idarə heyətinin sədri 38 yaşlı Alina Kabayevanın fotosu və məlumatları internet saytından silinib.
Putinin sevgilisi olduğu iddia edilən və ildə 10 milyon dollar qazandığı təxmin edilən Kabayevanın sanksiyalardan qorxduğu iddia edilib.
Bildirilib ki, həbsdə olan rusiyalı müxalif Aleksey Navalni Qərbi Kreml mediasına sanksiya tətbiq etməyə çağırdıqdan sonra Kabayevanın özü haqqında məlumatları silinib.
Qeyd edək ki, əvvəllər heç bir media və iş təcrübəsi olmayan Kabayeva 2014-cü ildən quruma rəhbərlik edir. Putindən 31 yaş kiçik olan Kabayevanın ixtiyarında Maybach limuzinləri parkı var və Moskvada səfərləri zamanı yüksək səviyyəli təhlükəsizlik tərəfindən qorunur.

Kabayeva bədii gimnastika tarixində 2 olimpiya, 14 dünya çempionatı və 25 Avropa çempionatı medalı ilə ən çox medal qazanan gimnastlardan biri kimi tanınır. İdmanı buraxdıqdan sonra siyasətə gələn Kabayeva Putinin partiyasından deputat seçilib.
Bir sıra rus mənbələri Kabayevanı Putinin iki yetkin qızının anası, 62 yaşlı keçmiş birinci xanım Lyudmila ilə evliliyinin pozulmasına səbəb kimi görürlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual