Pekin Ukraynanın xeyrinə Moskvadan uzaqlaşmayacaq
12:56 19.03.2023
Dünya
400
Çinin vasitəçilik səyləri münaqişənin həlli ilə əlaqədar ümidlərin cücərməsinə səbəb olsa da, konfliktin böyümək riskinin qarşısını almaqda aciz qala bilər
"Rusiya-Ukrayna müharibəsinin gedişatında Çinin sülh üçün artan təşəbbüsləri qlobal tərəzidə ağırlıq qazanır".
"Sherg.az" xəbər verir ki, bu barədə siyasi şərhçi Aqşin Kərimov deyib.
Analitik bildirib ki, Çin hələ bundan əvvəl Rusiya-Ukrayna münaqişəsinin sülhlə yerinə oturdulması üçün 12 bənddən ibarət təkliflər paketini açıqlamışdı:
"Görünür ki, Çin Ukraynadakı müharibənin genişlənməsindən narahatlıq keçirir və qabaqdangəlmişlik edərək özü üçün strateji müdafiə xətti tikir. Hərçənd ki, Çinin sülh modeli NATO-nun genişlənməsinə qarşı diplomatik-siyasi etirazların motivlərini özündə ehtiva edirdi. Lakin Çin sülh planında ölkələrin ərazi bütövlüyü və suverenliyinin toxunulmazlığının altından qırmızı xətt çəkməklə də Rusiyaya mesajlar verirdi. Halbuki müəyyən etmək çətindir ki, Çin ərazi bütövlüyü anlayışını hansı strateji qavrayışın içərisində tuturdu, bəlkə, Pekin Rusiyanın Ukraynada tutduğu əraziləri Rusiyanın sərhədləri çərçivəsində görür Sualın cavabını sonrakı mərhələdə Çinin Rusiyaya ölümcül silahlar ötürmək istəkləri ilə bağlı ABŞ-nin çaldığı həyəcan təbilində tapmaq olar. Məntiqlə, Çin Rusiyanı hansısa analoqu olmayan silahlarla təmin etmək istəyirsə, deməli, o, Moskvanın maraqlarına xidmət edən aktlara üstünlük verir. Ancaq bunun özünün də bir limiti var, Rusiya ilə Çin hər nə qədər strateji müttəfiq kimi gözə çarpsalar da, bu iki gücün bir-birinə qarşı rəqabət konteksti də diqqət çəkir. Çin Rusiyanın Ukrayna bataqlığında zəifləyəcəyi versiyasını hesablayır, yəqin, buna görədir ki, Rusiyaya qarşı ərazi iddialarını bu dəfə rəsmi səviyyəyə qaldırır. Təbii ki, Çin Rusiya ilə açıq hərbi qarşıdurma cəbhəsinə girməyəcək, bununla belə, indidən gələcək iddialarının tutarlılığını sığortalamaq üçün müəyyən informasiya əməliyyatları hazırlayır".
Ekspertə görə, bunun üçün ilk növbədə nə Rusiya, nə Qərb şüurunu mənimsəyən, əksinə, özünəməxsus şəkildə alternativ güc kimi formalaşan Çin Ukraynadakı nəticələri tərəfinə çəkməyi bacarmalıdır:
"Çin sülh paketinin Qərbin süzgəcindən keçmədiyini gördükdən sonra Rusiya-Ukrayna müharibəsinin tənzimlənməsində etibarlı moderator statusu almağa çalışaraq ikinci həmləsini edir. Çin bu mərhələdə Rusiya ilə Ukrayna arasındakı danışıqlar raundunun hakimi olmağa can atır və siyasi həll variantlarının qapısını açmağa çalışır.
Çin Sədri Si Cinpin rusiyalı həmkarı Vladimir Putinlə və Ukraynanın dövlət başçısı Volodimir Zelenski ilə ayrıca görüşlər keçirdikdən sonra mövqeləri təhlil edib üçtərəfli müzakirələr üçün tezislər yaza bilər. Hərçənd ki, Çinin burada arxa kanal kimi dövriyyədə olması Qərb dairələri üçün ciddi siqnaldır, çünki Pekin Yaxın Şərqdən tutmuş Avropa, Cənubi Qafqaz, Arktika regionunda, Asiya-Sakit Okean zolağında və s. maraq dairələrini genişləndirir. Çin bu yaxınlarda İranla Səudiyyə Ərəbistanı arasında barışığa da nail oldu, bunun uzunmüddətli olub-olmayacağı fərqli mövzunun predmetidir. Lakin Çin göstərir ki, o, başqa münaqişələrin həllini üzərinə götürə və konfliktlərin nizamlanması proseslərini Rusiya və ABŞ-nin monopoliyasından çıxarmağa qadirdir".
A.Kərimova görə, taktiki mərhələlər üçün bu, Qərblə Rusiyaya sərf edə bilən mərhələ kimi görünə bilər:
"Çünki onların hər ikisi Ukraynadakı müharibədən yorğun düşüb. Strateji tabloya gəlincə, Qərb anlayır ki, Çin prosesləri Pekinin açıqladığı Qlobal Təhlükəsizlik Təşəbbüsü Konsepsiyasının daxilinə salaraq ekspansiyanı sürətləndirəcək. Ona görə də Qərb Ukraynaya təkid edəcək ki, Çinin sülh planı və münaqişədəki rolu ilə bağlı siyasi qiymətləndirməni düzgün versin. Üstəgəl, Qərb Çinlə Rusiyanın əməkdaşlığındakı dərinləşən özüllərin səbəbini belə təhlil edir ki, Pekin Ukraynanın xeyrinə Moskvadan uzaqlaşmayacaq. Çinin vasitəçilik səyləri münaqişənin həlli ilə əlaqədar ümidlərin cücərməsinə səbəb olsa da, konfliktin böyümək riskinin qarşısını almaqda aciz qala bilər. Çin böhranların həllində görünmə qabiliyyətini və yükünü artırdıqca Qərbin, pərdəarxasında isə bəzi məqamlarda Rusiyanın həmlələri ilə üzləşəcək. Çinlə Rusiya arasındakı mübahisələrin aşkara çıxması hallarının artması proqnozlaşdırılabilən hadisələr sırasında yer alır. Ona görə ki, Rusiya Çindən gələn ərazi iddialarının motivlərinə diplomatik-siyasi cavab tədbirləri hazırlamağı özünə borc bilir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pivə qan damarları üçün faydalıdırmı?
08:20 27.05.2026
Sağlamlıq
“17 yaşımda striptiz-klubda işləyirdim”
07:51 27.05.2026
Şou
Avropaya səyahət edənlərin NƏZƏRİNƏ...
06:43 27.05.2026
Maraqlı
Çox yatmaq hansı xəstəliklərdən xəbər verir?
04:42 27.05.2026
Sağlamlıq
Cazın əfsanəsi dünyasını dəyişdi!
04:04 27.05.2026
Şou
Kütləvi işsizlik gözlənilir? - "OpenAI" rəhbəri danışdı
03:33 27.05.2026
Texnologiya
“Real Madrid”də prezident seçkilərinin vaxtı açıqlanıb
02:54 27.05.2026
Futbol
Netanyahu: İsrail 2 500-dən çox "Hizbullah" terrorçusunu məhv edib
00:40 27.05.2026
Dünya
Azərbaycanda Qurban bayramı qeyd olunur
00:17 27.05.2026
Cəmiyyət
İsrail HƏMAS-ın yeni liderini olduğu bazaya hücum etdi
23:59 26.05.2026
Dünya
İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım edib
23:11 26.05.2026
Rəsmi
Mahmud Abbas İlham Əliyevi təbrik edib
22:38 26.05.2026
Rəsmi
Netanyahu: İsrail Livanda əməliyyatı genişləndirir
21:51 26.05.2026
Dünya
Şərif Ərdoğanla regional məsələləri müzakirə edib
21:38 26.05.2026
Region
Ceyhun Bayramov və İshaq Dar bu məsələləri müzakirə ediblər
21:26 26.05.2026
Siyasət