Şahzadə Harri və Elton Conun başı dərdədir: 9,5 milyon funt ödəyəcəklər

Şahzadə Harri, Elton Con və daha 5 tanınmış şəxs “Daily Mail”in naşiri Associated Newspapers Limited-ə qarşı qaldırdıqları məhkəmə işini uduzublar.

Sherg.az xəbər verir ki, London Ali Məhkəməsi onların avqustun 28-dək ilkin olaraq 9,5 milyon funt sterlinq məhkəmə xərci ödəməsinə qərar verib.

İddiaçılar qəzet şirkətini qanunsuz məlumat toplamaqda və telefon dinləmələrində ittiham etmişdilər. Lakin məhkəmə iddiaların kifayət qədər sübutlarla əsaslandırılmadığını bildirib. Onların 2 oktyabradək apellyasiya şikayəti vermək hüququ var.