
Politoloq: 2025-ci ildə yeni sülh pəncərəsi açılacaq
Yusif Nəzərli
23:44 23.12.2024
Dünya
637
Bakı Parisi bloklamaq üçün Ankaranın prosesdəki varlığından məmnundur
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada almaniyalı həmkarı Annalena Berbokla görüşüb. Tərəflər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. Hakan Fidan deyib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün tarixi fürsət yaranıb. O bildirib ki, üçüncü tərəflər ədalətli və tərəfsiz şəkildə bu prosesə dəstək verməlidirlər. Nazirlər həmçinin Suriya və Ukraynadakı vəziyyəti də müzakirə ediblər. Fidan söyləyib ki, Qəzzada daimi atəşkəsin təmin olunması və humanitar yardımların çatdırılması üçün beynəlxalq ictimaiyyət ümumi səy göstərməlidir. Onun sözlərinə görə, Türkiyə Ukrayna ilə Rusiya arasında davam edən müharibənin ən qısa zamanda başa çatması üçün danışıqlar prosesini dəstəkləyir.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, türkiyəli nazirin indiki məqamda səsləndirdiyi fikirlər mühüm əhəmiyyət kəsb edir. Məsələ ondadır ki, Ermənistanla Azərbaycan arasında sülh prosesi davam edir:

"Ciddi uğurlar əldə edilsə də, 2024-cü ilin sonlarına yaxın prosesdə müəyyən səngimə hiss olunur. Xüsusilə İrəvanın xaricdən silah tədarükünü artırması, Avropa İttifaqı, Fransanın humanitar yardım adı altında Ermənistana maliyyə yardımı ayırması prosesi uzatdığı kimi eskalasiya riskini də artırır. Əslində, Azərbaycanın prosesə yanaşması daha çox Ermənistanla ikili danışıqların davam etməsi yönündədir. Lakin Türkiyə istisna ölkə ola bilər. Ankaranın bu prosesə marağı və üçüncü tərəf kimi sülhdə iştirakı mümkündür. Belə ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşma prosesi də birbaşa Bakı-İrəvan sülhündən asılıdır".
Analitik vurğulayıb ki, 2025-ci ildə Türkiyənin vasitəçiliyi ilə prosesin həllinə dair ümidlər var:
"Əslində, Türkiyənin prosesdəki varlığı Fransa kimi destruktiv mövqeli ölkələrin geri addım atması baxımından vacibdir. Bakı Parisi bloklamaq üçün Ankaranın prosesdəki varlığından məmnundur. Digər tərəfdən, Türkiyə də tərəflərin ikitərəfli danışıqlar aparmasından maraqlıdır. Yəni Hakan Fidanın səsləndirdiyi təkliflər zərurət yaranarsa, həyata keçirilə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gümrüdə Rusiya hərbi bazasının iki hərbçisi həbs edilib
19:13 09.11.2026
Region
SON DƏQİQƏ: Ərdoğanın sədrliyi ilə Kabinet toplaşdı
18:53 09.11.2026
Gündəm
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, təbrikini çatdırıb
15:34 09.11.2026
Gündəm
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya