
Putin -Zelenski görüşü! - Sənədlər hazırdır? - ŞƏRH
Yusif Nəzərli
13:51 04.04.2022
Dünya
1031
Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə Qərb ölkələrinin ciddi tənqidi və rəsmi Moskvaya qarşı sanksiyalarına səbəb olub.
Türkiyənin milli müdafiə naziri Hulusi Akar regionda sülhə töhfə vermək üçün əlindən gələni etməyə davam etdiklərini bildirib.
O qeyd edib ki, Ukraynada müharibənin dayandırılması üçün Türkiyənin adiyyatı qurumları və dövlət başçısı tərəfindən lazımi addımlar atılır.
“Ümid edir və arzu edirik ki, çox qısa müddətdə cənab Putin və cənab Zelenski prezidentimizin vasitəçiliyi altında bir araya gəlsin. Bunun baş verə biləcəyini qiymətləndirir və gözləyirik”,- deyə nazir bildirib.
Görəsən, Prezidentlərin görüşünün gerçəkləşməsi nə qədər realdır?

"Sherg.az"ın sualını cavablandıran politoloq Natiq Mirinin sözlərinə görə, V.Putinlə V.Zelenskinin görüşünün reallaşması üçün mütləq şəkildə danışıqlar əsasında nəticə kimi ortalığa çıxan bütün razılaşdırılmış sənədlər hazır olmalıdır:
"Ukrayna belə bir sənədin varlığından söz açıb. Rusiyanın isə sənədin tam yekunlaşmamasına dair müəmmaları var. Rəsmi Moskva istədiyi hərbi, siyasi nəticələri hələki əldə etməyib. Artıq bütün qoşunlar Kiyev ətrafından çıxarılır. Qoşunlar əsasən Ukraynanın Şərqinə - Donbassa, və Cənub hissəyə istiqamətlənir. May ayının 9-na qədər V.Putin minimum hədəflərə, Donbass vilayətinə, Luqansk və Donetsk separatçı rejimlərin inzibati ərazi sərhədlərinə çıxmaq istəyir. Həmin ərazidəki Mariupol şəhəri nəzarət altına düşməlidir, ardınca Rusiyanın Krımla sərhədi üçün dəhliz yaradıla bilsin. V.Putin sözügedən hadisəni xalqına qələbə kimi tanıdaraq 9 Mayda iki bayramı bir gündə keçirməyə səy göstərir".
Politoloq söyləyir ki, yaxın müddətdə minimum nəticə qazanılmasa, Putinlə Zelenskinin görüşməsi mümkün deyil:
"Rusiya Donbassdakı hədəflərinə çatarsa, Zelenski də işğalı qəbullandığı təqdirdə ehtimalən prezidentlərin görüşü İstanbul yaxud Ankarada reallaşa bilər. Nəticə etibarilə, atəşkəs razılığına gələ bilərlər, lakin müəyyən şərtlər lazımdır. Atəşkəs sənədi imzalamaqla məsələ bitmir. Ukraynanın neytral statusu təsdiqləməsi üçün onun təhlükəsizliyinə zəmanət verən ölkələr olmalıdır. Ukraynanın müəyyənləşdirdiyi 12 ölkənin adı mövcuddur. Bir çox ölkələr, başda ABŞ hələlik məsələnin həll edilməsinin mümkünsüzlüyünü bildirirlər. Görünür, ABŞ Rusiyanın burnunun tamamilə ovulmadığını düşünür, müharibənin irəliləməsinə can atır. Sonda da Rusiyanın iqtisadi, siyasi yöndə çöküşünü diləyir. Müharibənin dayanma ehtimalı o qədər də az deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət