Qalibaf İraqa səfər edəcək

İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf sabah İraqa səfər edəcək.

APA-nın Tehran bürosunun xəbərinə görə, Qalibaf səfər zamanı regiondakı prosesləri, Tehran və Bağdad arasında strateji əməkdaşlığın gücləndirilməsini, Yaxın Şərqdə sabitlik və təhlükəsizliyin təmin olunması yollarını müzakirə edəcək.

İran parlamentinin sədrinin İraqın yüksək səviyyəli rəsmiləri və dövlət xadimləri ilə görüşləri planlaşdırılıb.