Qara dənizdə Rusiya nefti daşıyan Yunanıstan tankeri hücuma məruz qalıb

Yunanıstana məxsus “Skiros” tankeri Rusiya nefti yüklədikdən sonra Qara dənizdə hücuma məruz qalıb.

Bu barədə “Bloomberg“ məlumat yayıb.

Hadisə avqustun 16-da Novorossiysk yaxınlığında Xəzər Boru Kəməri Konsorsiumunun terminalının yaxınlığında baş verib.

Məlumata görə, "Suezmax" sinfinə aid tanker təxminən 1 milyon barel neft daşıya bilir.