Rusiya qoşunları Xarkov vilayətində Şirokoye və Şevçenkovo, Zaporojye vilayətində isə Novoandreyevka yaşayış məntəqələrinə nəzarəti ələ keçirib.
Sherg.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, Şirokoye və Şevçenkovo yaşayış məntəqələri “Şimal” qoşun qruplaşmasının bölmələri tərəfindən nəzarətə götürülüb.
“‘Dnepr’ qoşun qruplaşmasının bölmələri Zaporojye vilayətinin Novoandreyevka yaşayış məntəqəsini azad edib”, - Rusiya hərbi idarəsindən bildirilib.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin əməliyyatın məqsədinin “səkkiz il ərzində Kiyev rejimi tərəfindən təhqirə və soyqırıma məruz qalan insanların müdafiəsi” olduğunu bildirib. Onun sözlərinə görə, bunun üçün Ukraynanın “demilitarizasiyası və denasifikasiyası”, həmçinin Donbasın dinc sakinlərinə qarşı “qanlı cinayətlərə” görə məsuliyyət daşıyan bütün hərbi cinayətkarların məhkəmə qarşısına çıxarılması planlaşdırılır.
Buna cavab olaraq Qərb ölkələri Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib.