“Rusiya Ukrayna sərhədlərində hərbçilərinin sayını artırmaqda davam edir”
Yusif Nəzərli
07:45 11.02.2022
Dünya
781
Qərb ölkələrinin Rusiya rəhbərliyi ilə apardığı danışıqlara baxmayaraq, Ukrayna sərhədləri yaxınlığında vəziyyət getdikcə daha da gərginləşir.
Bu açıqlama ilə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles çıxış edib.
“Danışıqlara baxmayaraq, vəziyyət yanlış istiqamətdə inkişaf edir. Məsələn, Rusiya tərəfi hələ də Ukrayna sərhədlərində hərbi batalyon qruplarının sayını artırır, həmçinin hərbi kontingentini hava yolu vasitəsilə Belarusa göndərir və orada qoşun yerləşdirib. Onlar tezliklə strateji nüvə qüvvələrinin təlimlərinə başlamağı planlaşdırır və biz digər sahələrdə də fəallığın artdığını görürük”, - deyə Böyük Britaniyanın müdafiə naziri bildirib.
Ben Uollesin sözlərinə görə, Böyük Britaniya gərginliyin azaldılmasına və Fransanın Minsk razılaşmalarının həyata keçirilməsinə yönəlmiş səylərini dəstəkləmək üçün mümkün hər şeyi etməyə hazırdır.
Mənbə: BBC
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Venesuela ilə dünya tarixində ən böyük neft sazişini bağladı
16:50 31.08.2026
Gündəm
Hakan Fidan: Məkkə Müdafiə İttifaqı NATO-ya alternativ deyil
16:46 31.08.2026
Dünya
Plastik cərrahların sayı artdı
16:41 31.08.2026
Sağlamlıq
Pezeşkian: Ağıllı insan müharibədən uzaq durar
16:25 31.08.2026
Region
Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi
16:24 31.08.2026
Hadisə
“İran uçuruma doğru gedir, Pezeşkian bunu anlayır” - RƏY
16:17 31.08.2026
Siyasət
Benzema Messi ilə yenidən eyni liqada çıxış edə bilər
16:11 31.08.2026
Futbol
İran ordusu: Tramp Hörmüz boğazını ancaq yuxusunda görə bilər
15:57 31.08.2026
Gündəm
Paşinyan və Əliyevin Bişkek görüşünün detalları açıqlanıb
15:48 31.08.2026
Gündəm
Rəcəb Tayyib Ərdoğan Qırğızıstanda səfərdədir
15:45 31.08.2026
Gündəm
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm