Rusiyada müharibəyə deputatlar cəlb ediləcək
Yusif Nəzərli
07:09 17.10.2022
Dünya
537
Rusiya Dövlət Dumasında yeni çağırışçı kateqoriyaları ilə bağlı müzakirələr başlayır. Amma bu dəfə döyüşə qocalar deyil, deputatlar yollanır. Belə ki, senatorları və deputatları qismən səfərbərlikdən möhlət hüququ olan vətəndaşlar siyahısından çıxaran qanun layihəsi hazırlanıb.
“Rusiya Federasiyasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanuna dəyişikliklərin oktyabrın 17-də Dövlət Dumasına təqdim edilməsi planlaşdırılır. Təşəbbüsün müəlliflərindən biri, “Ədalətli Rusiya – Həqiqət naminə” fraksiyasının rəhbəri Sergey Mironov bildirib ki, bu, cəmiyyətin ədalət tələbini ödəyəcək.
Məlumata görə, qismən səfərbərlik üzrə hərbi xidmətə çağırışa iki yeni kateqoriyanın prioritet qaydada müəyyən edilməsi təklif olunur.
Birinciyə Rusiya Federasiyası Milli Qvardiyasının qoşunlarında, xilasedici hərbi birləşmələrdə, xarici kəşfiyyat xidməti, Federal Təhlükəsizlik Xidməti, hərbi prokurorluq, İstintaq Komitəsinin hərbi istintaq orqanlarında və federal yanğınsöndürmə xidmətinin hərbi hissələrində xidmət edənlərin, ikincisinə isə ehtiyatda olan vətəndaşların daxil edilməsi təklif olunur.
Xatırladaq ki, sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib. Bununla bağlı sərəncam artıq imzalanıb və Kremlin saytında dərc olunub. Səfərbərlik fəaliyyətləri sentyabrın 21-dən başlayıb. Bundan başqa Putin sentyabrın 24-də Rusiya Federasiyasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb. Dəyişikliyə əsasən, fərarilər və çağırışa baxmayaraq hərbi xidmətə getməyən əsgərlər 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar.
Mənbə: İzvestiya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan Prezidenti TRIPP qanununu imzaladı
22:12 11.11.2026
Cənubi Qafqaz
İsrail Knesseti parlamentin İş Komitəsinin tərkibini təsdiqləyib
21:46 11.11.2026
Aktual
İsrail ABŞ-nin hərbi yardımından tədricən imtina edəcək
21:22 11.11.2026
Dünya
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya