Sanksiya siyasətinin davamı Moskva üçün ciddi çətinliklər yarada bilər -Analitik
Yusif Nəzərli
10:57 09.06.2025
Dünya
372
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı növbəti sanksiyalar paketini iyunun 20-də səsverməyə çıxara bilər. Bu barədə “Politico” nəşri yüksək vəzifəli diplomatik mənbəyə istinadən məlumat yayıb. Mənbənin bildirdiyinə görə, bu səsvermə yalnız ABŞ-nin Avropa ilə bu məsələdə koordinasiyalı yanaşmaya razılıq verməsi halında baş tuta bilər: “Əgər ABŞ razılıq verərsə, yeni sanksiyalar paketi üzrə səsvermə 20 iyunda keçirilə bilər”. Avropa İttifaqı ümid edir ki, bu məsələ ilə bağlı yekun razılıq 15–17 iyun tarixlərində Kanadada keçiriləcək “Böyük Yeddilik” (G7) sammiti zamanı əldə olunacaq. İttifaq həmin tədbirdə Vaşinqtondan uyğun “siqnal” gözləyir.
Politoloq Zeynal Əmrəliyev Sherg.az-a söyləyib ki, Avropa İttifaqı bir neçə dəfə Rusiyaya qarşı sanksiyalar tətbiq edib:
“Elan olunacaq növbəti sanksiyalar da bunun davamı olacaq. Lakin bu dəfə həmin sanksiyaların daha güclü olacağı gözlənilir. Xüsusilə nəzərə almaq lazımdır ki, Rusiyanın bank sistemində ciddi çöküş yaşanır və Rusiya Mərkəzi Bankı ilə Kreml dairələri arasındakı münasibətlər hazırda bu səbəbdən gərgindir. Rusiyada Mərkəzi Bankın rəhbəri Elvira Nabiullinanın da ciddi tənqid olunması ilə nəticələnən bir proses gedir. Bütün bunların fonunda Rusiyaya qarşı sərt sanksiya siyasətinin davam etdirilməsi təbii olaraq Moskva üçün kifayət qədər çətinliklər yarada biləcək bir amildir. Rusiyanın ümidi isə bu idi ki, Donald Tramp ABŞ-də hakimiyyətə gəldikdən sonra Rusiyaya qarşı daha mülayim bir siyasət həyata keçirəcək. İlk vaxtlarda biz Trampın bu məsələ ilə bağlı müsbət mesajlarını eşitdik. Lakin hazırda ABŞ-Rusiya münasibətlərində pozulmalar müşahidə olunur. Faktiki olaraq Tramp administrasiyası bu mərhələdə Rusiyaya qarşı sərt mövqe nümayiş etdirir. Ukraynaya veriləcək dəstək və ABŞ-nin Rusiyaya qarşı sanksiya siyasətini davam etdirməsi, təklif olunan sanksiyaların kifayət qədər ağır olması bu mərhələdə Rusiya üçün ciddi çətinliklər yaradacaq amillərdir. Əgər ABŞ və Avropa İttifaqı birlikdə Rusiyaya qarşı sanksiya siyasəti həyata keçirərlərsə, bu, Rusiyada ciddi çaxnaşma və problemlər yarada bilər. Lakin eyni zamanda belə fikirlər də səsləndirilir ki, Rusiya bu vəziyyətin qarşısını almaq məqsədilə Qərb ölkələri ilə danışıqlara getməyə hazırlaşır. Çünki Mərkəzi Bank Kremli xəbərdar edib ki, əgər daha bir sərt sanksiya paketi elan olunarsa, bu, ölkə iqtisadiyyatında ciddi geriləmələr müşahidə olunacaq.
Çox böyük ehtimalla, Kanadada 15–17 iyun tarixlərində keçiriləcək “Böyük Yeddilik” (G7) Sammitində ABŞ-nin bu məsələyə dair mövqeyi öyrəniləcək. Əgər ABŞ-dən müsbət mesaj alınarsa, o zaman Avropa İttifaqı və ABŞ birgə şəkildə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilərlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib
22:42 17.09.2026
Gündəm
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
21:25 17.09.2026
Gündəm
Bu, NATO-nun Rusiyaya qarşı müharibəsi deməkdir
21:14 17.09.2026
Aktual
Ermənistanda TRIPP layihəsinin icrası müzakirə olundu
21:03 17.09.2026
Cənubi Qafqaz
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm
Özbəkistan Məkkəyə hücumla bağlı bəyanat verdi
18:10 17.09.2026
Gündəm