Savaşın kuliminasiya nöqtəsi!- Rusiya bilməlidir: “NATO da susmayacaq”
Yusif Nəzərli
14:47 15.04.2022
Dünya
980
Niderland öz şirkətlərinin Moskvanın qaz ödənişlərinin rublla həyata keçirilməsi tələbini qəbul etməsinə icazə verməyəcək.
Bu barədə Niderlandın İqtisadiyyat və İqlim Siyasəti Nazirliyindən bildirilib. Məlumatda qeyd olunur:
“Niderland hakimiyyəti Avropa Komissiyasının Rusiya tərəfindən verilmiş qərarın mövcud sanksiyaların pozulması anlamına gəldiyi qənaəti ilə razılaşır.Bu o deməkdir ki,Niderland şirkətlərinə bu şərtlərlə razılaşmağa icazə verilmir”.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Rusiya qazının “dost olmayan ölkələr”ə rublla satışının yeni qaydası haqqında fərmanı martın 31-də imzalayıb.
Məsələ ilə bağlı “Sherg.az”a danışan politoloq Azər Rəşidoğlu qeyd edib ki, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların nəticəsi indi bilinməyə başlayır. Ölkədə ciddi şəkildə bahalaşma gedir. Bir neçə aydan sonra hazırkı vəziyyət daha da gərginləşəcək”.
A.Rəşidoğlu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Finlandiya və İsveçi nüvə silahı ilə hədələməsi məsələsinə diqqət çəkib:
“Medvedev mediaya açıqlamasında Finlandiya və İsveçin NATO-ya daxil olacağı təqdirdə,Rusiyanın Baltik dənizində öz müdafiəsini daha da gücləndirəcəyini vurğulayıb. Rusiya bilməlidir indiki aqressiyasını davam etdirsə, NATO da susmayacaq.
Hadisələrin hazırkı gedişatında NATO öz qoşunlarını birbaşa Ukraynaya göndərmək istəməsə də, ona silah və başqa vasitələrlə yardım edir.NATO və Qərb Rusiya iqtisadiyyatını daha da çökdürmək üçün münaqişənin uzanmasını istəyir. Rusiya döyüşü dayandırsa da, hansısa razılığa gəlsə də ,bu Putin hakimiyyətini xilas edə bilməyəcək”.
Politoloqun sözlərinə görə,indi Qərb Putinin iqtidardan getməsinə nail olmalıdır.Əks təqdirdə münaqişənin miqyası böyüyə bilər.NATO və digər ölkələrin müdaxiləsi isə ikinci dünya müharibəsi ilə nəticələnər.
A.Rəşidoğlu ABŞ Prezidenti Co Baydenin Ukraynaya səfər etməsi ilə bağlı fikrinə toxunub:
"O jurnalistlərə açıqlamasında Kiyevə getməyə hazır olduğunu deyib. Düzdü onun Kiyevə səfəri Rusiyanı hiddətləndirəcək. Amma Rusiya hiddətlənib nə edə bilər ki ?NATO-ya qarşı silahmı işlədəcək?Təbii ki NATO da susmayacaq.Güman etmirəm ki,bu hal yaşanacaq. Qərb illər boyu olduğu kimi riyakarlıqla Rusiyanın qarşısından qaçdığına görə hadisələr indiki mərhələyə gəlib çatıb. Baydenin, eləcə də digər ölkə liderlərinin Kiyevə gəlməsi çox müsbət bir haldır. Bu Putinə ümumilikdə isə bütün Rusiyaya qarş psixoloji savaşın kuliminasiya nöqtəsinə çatdırılmasıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı