SEPAH: Zərbələrin hədəfi İsrailin Ramat-David aviabazası olub

İranın İsrailə endirdiyi zərbələrin hədəfi Ramat-David hərbi aviabazası olub.

APA xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

Məlumata görə, sözügedən aviabaza Livan ərazisinə hücumların həyata keçirildiyi məntəqələrdən biri olub.