Şizofreniya xəstəsi olan atası onu 6 yaşında dağlarda qoyub qaçıb - HƏYAT HEKAYƏSİ
14:55 21.03.2021
Dünya
776
Türkiyənin Konya şəhərində yaşayan Həsən Hüseyin Kahriman (46), 6 yaşındaykən şizofreniya xəstəliyindən əziyyət çəkən atası tərəfindən "cəsarətli uşaq olsun" deyə Toros dağlarına buraxılıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, zamanla təbii mühitə alışmış olan Kahriman, indi qışın ən soyuq vaxtında belə yüksək zirvələrə çıxıb və bir neçə gününü orada keçirir. 9 ildir vəhşi təbiətdə yaşadığını ifadə edən Kahriman bu hərəkətinə görə atasına əsəbləşmədiyini və halından məmnun olduğunu bildirib:
“Heyvanların yediyi otları yeyərək qidalanıram. Canavarları izləyib onları ovlamağı öyrənmişəm. Bir ilanın həyatını xilas etdiyim andan sonra ov etməyi dayandırmışam. Məni dağda qoyub getdiyinə görə atama əsəbiləşmirəm. Atam insanlar tərəfindən çox incidildiyi və məni onlardan qorumaq üçün dağa buraxıb”.
Dağda yaşamağa başladığı zaman heyvanları seyr edərək həyatda qalma taktikasını öyrəndiyini söyləyən Kahriman ovlamağı öyrəndikdən sonra kəndə qayıtmadığını qeyd edib:
“Kəndlilər məni dağdakı izimdən tanımağa başlayıb. Burada səyahət edərkən çox şey tapmışam. “Gips mədəni” adlanan bir daşdan özümə güzgü düzəltmişəm. 9 ildir ki, dağlarda tək qalıram. Mən həmişə insanlardan uzaq olmuşam. Bu həyatımı sevirəm. Təbiətdə olanda qəm-kədəri unuduram”.
Heyvanların həyatı üçün bir çox layihə hazırlayan Həsən Hüseyin Kahriman heyvanların qidalanması üçün ağac budaqlarına meyvə asır:
“Bir gün dağda şiddətli fırtına qopdu. O zaman quşların yem tapa bilmədiklərinin və öldüyünün şahidi oldum. Sonra onları yedizdirdim. Quru ağac budaqlarına quşların qidalanması üçün alma asdım. Hələ görmədiyim quşlar gəlib o almalardan yeməyə başladı. Hazırda mən gördüyüm işi Türkiyənin bir çox bölgəsində yaşayan insanlar həyata keçirməyə başlayıb. Bu isə məni çox sevindirir. Heyvanlar və insanlar birlikdə təbiətin tarazlığını təmin edir. Heyvanlar varsa biz varıq, biz varıqsa heyvanlar var. Yaşayırıqsa, yaşatmalıyıq”.
Kahriman bəy deyir ki, atasının onu dağda tərk edərək getməsinə görə ona əsəbləşmir. Çünki onun niyə bunu etdiyini dərk edir. Atasının başqa dünyanın insanı olduğunu deyən Həsən Hüseyin Kahriman, atasının şizofreniya olduğunu bilmədiyini qeyd edib:
“İnsanlar həmişə atamı aldadırdılar. Bütün insanlardan bir zərbə aldığı üçün məni dağda tərk etdi ki, insanlardan ayrı yaşayım. Sonra atamın 86 faiz şizofren olduğunu öyrəndik ".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya
G20-də Çin-ABŞ qarşıdurması kəskinləşib
11:07 04.09.2026
Dünya
ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır
10:39 04.09.2026
Dünya
Xırdalanda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB
09:52 04.09.2026
Hadisə
Putinin müşaviri: Ukrayna məhv olmaq təhlükəsi ilə üz-üzədir
09:45 04.09.2026
Siyasət
Qızıl və gümüş ucuzlaşıb
09:35 04.09.2026
İqtisadiyyat
Avropa İttifaqı Ermənistana Rusiya ilə bağlı iki tələb irəli sürdü
09:27 04.09.2026
Gündəm
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
09:17 04.09.2026
Gündəm