"Taliban"ın arzuları doğrulmayacaq
Yusif Nəzərli
08:24 22.10.2021
Dünya
475
Cümşüd Nuriyev: "Əgər "Taliban" Əfqanıstanda hər şeyin şəriətlə həll olunacağını düşünürsə, bu, alınmayacaq"
"Taliban"ın Əfqanıstan ərazisində şəriət qaydalarını tətbiq etməsi ölkənin bütün sakinlərinin qanun qarşısında bərabər olacağını nəzərdə tutur. Əfqanıstan müvəqqəti hökumət rəhbərinin müavini Əbdül Salam Hənəfi Moskvada keçirilən görüşdən sonra bildirib. "Əfqanıstanda şəriət qanunlarının tətbiqi o deməkdir ki, bizdə korrupsiya olmayacaq və hər kəs qanun qarşısında bərabər olacaq. Qanun, məsələn, çox pulu olanlar üçün istisna olmayacaq. Beləliklə, yoxsulluqla mübarizə aparacağıq. Əfqanıstanda narkotik maddənin olmaması, ölkədə ədalətin hökm sürməsi, dövlətin çiçəklənməsi və inkişaf etməsi üçün çalışırıq", - "Taliban" nümayəndəsi vurğulayıb.
Məsələ ilə bağlı politoloq, siyasi elmlər doktoru Cümşüd Nuriyev "Şərq"ə açıqlamasında bildirib ki, "Taliban" ölkəni şəriət qaydaları, yəni Quranın qoyduğu qaydalar və peyğəmbər əleyhisalamın hədisləri əsasında idarə edəcəklər. Politoloq qeyd edb ki, bu praktika bir çox ölkələrdə özünü doğrultmayıb:
"Çünki peyğəmbərin vaxtında dövlət olmayıb. Xəlifəlik isə o, dünyasını dəyişəndən sonra yaranıb, yəni bir dövlət forması kimi xilafət yaranıb. Ona görə də peyğəmbərin hədislərinin dövlətçiliklə heç bir bağlılığı yoxdur, yəni onun idarəetmə ilə bağlı hər hansı fikri omayıb. Düzdür, bundan İran daha çox yararlanır. Ancaq "Taliban" bununla problemlərini həll edə bilməyəcək. Onlar monofesal dövlət aparatı keçid dövrü üçün müəyyən uğur qazanacaqlar, hakimiyyət daxilində xaos aradan qaldırılacaq, məsələlər öz məcrasına yönələcək. Çünki bu sahədə dünya təcrübəsi mövcuddur. Hərbi çevriliş olan ölkələrdə, Braziliyada, Çilidə, Cənubi Koreyada bu təcrübə özünü çox müsbət doğruldub. Burda da təbii ki, monofesal özünü müsbət mənada doğruldacaq, amma sonra bunlar monoteokratik dövlət aparatına keçməyə məcbur olacaq. Hesab edirəm ki, onların Moskvada söylədiyi ideyalar özünü doğrultmayacaq. Əvvəla, bu günə qədər parlamenti olan İran belə monoteokratik dövlətdir. Orda nə rüşvətin kökü kəsilib, nə korrupsiyanın. Bu qanunsuzluqlar əksinə, daha da çiçəklənib. Digər moneteoraktik dövlətlərə nəzər salsaq, bunların içərisində Səudiyyə Ərəbistan, Küveyt, BƏƏ, Bruney Sultanlığı və s. bu tip şəriətlə idarə olunan dövlətlərdə problemlər həddən artıq çoxdur".
C.Nuriyev əlavə edib ki, əgər "Taliban" Əfqanıstanda hər şeyin şəriətlə həll olunacağını düşünürsə, bu, alınmayacaq:
"Mavritaniya da şəriətlə idarə olunan dövlətdir. Əfqanıstan da guya şəriətlə idarə olunan dövlət hesab olunur. İranla Mavritaniya görün nə günə qalıb? Ona görə dini düşüncələrlə dövlət idarəçiliyi bir araya gəlmir. Vatikan da monoteokratik dövlətdir. Amma orda məhz dini dəyərlərə üstünlük verilir. Onlar heç bir dövlətin işinə qarışmır. Baxmayaraq ki, 43 dövlətdə katolik dini var. Bu kilsə bir növ onlara təsir göstərir. Buddizm olan Butana, Nepal da bir növ monoteokratik dövlətdir. Hansı irəliləyiş var? Ümumyyətlə, monoteokraktik dövlətlərin heç birində nə müasir inkişaf, nə modernləşmə var. Nə də ki, dövlət idarəetmə sistemi normaldır. Çünki orda ancaq dövlət başçılarının hər biri yeriyən konstitusiyadır. Əfqanıstanda da elə yeriyən konstitusiya yetişdirirlər. Bu isə Əfqanıstanı daha ciddi bəlalara aparacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm