Tramp Kim Çen Inla məxfi yazışmaları Ağ Evdən götürüb - FOTO
Yusif Nəzərli
09:36 19.10.2022
Dünya
391
“ABŞ-ın keçmiş prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inin ona göndərdiyi məktubu Ağ Evdən götürüb.
Tramp bu yazışmaların məxfi sənəd olduğunu bilirdi. Buna görə də prezidentlik müddəti başa çatdıqdan sonra onu Ağ Evdən götürməməli idi”.
Bu barədə “The Washington Post” qəzeti amerikalı jurnalist Bob Vudvordun Tramp haqqında yeni audiokitabına istinadən yazıb.
“Trampın qeydləri: Bob Vudvordun Prezident Trampla iyirmi müsahibəsi” (“The Trump Tapes: Bob Woodward’s Twenty Interviews with President Trump”) audiokitabı oktyabrın 25-də işıq üzü görəcək. “The Washington Post” rəsmi buraxılışdan əvvəl kitabın məzmununu nəzərdən keçirib. Qəzetin yazdığına görə, 2019-cu ildə Vudvordla söhbətlərinin birində Tramp jurnalistə Kim Çen Indan aldığı məktubları göstərib. Vudvorddan xahiş edib ki, məktublara hörmətlə yanaşsın, üstəlik, “heç kəsə demə ki, mən onları sənə vermişəm”, - deyə tapşırıb.
2020-ci ilin yanvarında telefon danışığı zamanı Vudvord Trampdan Kim Çen Inın məktublarını göstərməyi xahiş edib. Amma Tramp bildirib ki, bu, tamamilə məxfidir.
“Trampın şərhləri göstərir ki, o, 27 məktubun məxfi olduğunu yaxşı bilirdi. Lakin dəfələrlə bəyan etmişdi ki, Ağ Evdən qanunsuz olaraq götürdüyü sənədlərin heç biri bu kateqoriyaya aid deyil”, - deyə nəşrin xəbərində qeyd edilir.
Xatırladaq ki, daha əvvəl səlahiyyətlilər Trampın Florida ştatındakı Mar-a-Laqo malikanəsindən içində müxtəlif sənədlər olan 15 qutu müsadirə ediblər. Bu sənədlər Trampın prezidentlikdən getməsindən sonra ABŞ Milli Arxivinə təhvil verilməli idi. Qeyd edilir ki, həmin qutularda başqa sənədlərlə yanaşı, Trampın Kim Çen Inla yazışmaları da olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
18:01 24.08.2026
Region
Rusiyada səfərbərliyə hazırlıq gedir
17:55 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
17:52 24.08.2026
Region
Tramp: İran tamamilə çökür
17:47 24.08.2026
Dünya