Tramp Mask ilə dostluq münasibətlərinin bitdiyini bildirib

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskla dostluq münasibətlərinin bitdiyini hesab edir.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti "NBC News" telekanalına deyib.

"Güman edirəm ki, bəli", - deyə Tramp bildirərək gələcəkdə İlon Mask ilə əlaqə saxlamaq niyyətində olduğunu qeyd edib.

"Mənim çoxlu başqa işlərim var. Onunla danışmaq fikrində deyiləm", - deyə D.Tramp əlavə edib.

Amerika prezidenti İ.Maskın prezidentlik institutuna qarşı hörmətsiz münasibətinə diqqət çəkib.