Tramp Omanı HƏDƏLƏDİ - Zərbə endirilə bilər?

ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin tənzimlənməsi istiqamətində Omanın fəaliyyətindən narazılığını bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Mən onların özlərini çox yaxşı apardıqlarını düşünmürəm. Amma biz bunun öhdəsindən çox asanlıqla gələ bilərdik. Digər məsələlərin öhdəsindən gəldiyimiz kimi", - deyə ABŞ lideri bildirib.

Tramp jurnalistlərin "İranla münaqişənin tənzimlənməsi prosesində Oman maneə yaradarsa, ABŞ-nin bu ölkəyə zərbə endirməyə hazır olub-olmaması" ilə bağlı sualını cavablandırarkən bu fikirləri səsləndirib.