Türkiyə-Misir münasibətləri “isinir”? - “Təmaslar nəticə verəcək”
Banuçiçək Kalbalıyeva
13:54 12.03.2021
Dünya
584
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən Misirlə münasibətlərdən də danışıb. O, qarşı tərəflə kəşfiyyat, diplomatik və iqtisadi əlaqələrin davam etdiyini, hansısa çətinliyin olmadığını deyib: “Təbii ki, bunlar ən üst səviyyədə deyil, üst səviyyədən bir az aşağı olaraq davam edir. Könül istər ki, Misirlə bu prosesi ən güclü şəkildə davam etdirək. Kəşfiyyat və diplomatik əlaqələr nəticə verdikdən sonra biz bunu daha da irəli apara bilərik”.
Ərdoğan qeyd edib ki, Misir xalqı türk millətinin yanında olmalıdır, yunanların yox.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə Misirlə diplomatik təmasların başladığını vurğulayıb.
Politoloq Sədrəddin Soltan “Sherg.az”a açıqlamasına tərəflər arasında ziddiyətlərin səbəblərini sadalayıb:
“Türkiyə Ərəb inqilabı dövründə Məhəmməd Muhsini və “Müsəlman qardaşları” hərəkatını dəstəklədi. Onun hakimiyyətdən getməsini isə konstitusiyaya zidd addım kimi qiymətləndirdi və general Sisi hakimiyyətini legitim hesab etmədi. Bu da tərəflər arasındakı münasibətlərə təsir göstərdi. Halbuki o vaxtadək münasibətlər yaxşı idi”.
Politoloq, həmçinin Yunanıstan faktoruna da toxundu:
“Türkiyənin Aralıq dənizinin özünə aid olan hissəsində Liviya ilə birlikdə karbohidrogen axtarışları aparması, kəşfiyyat işləri görməsi Yunanıstanın və Misirin xoşuna gəlmir.
Səbəb kimi isə həmin ərazinin Kiprə yaxın olduğunu göstərirlər. Yəni hazırda hər ikisi qardaş ölkəyə qarşıdır. Amma Misirlə diplomatik münasibətlərin olmaması iqtisadi-ticarət əlaqələrinin saxlanılmaması kimi başa düşülməməlidir.
Düzdür, hər iki tərəf özünü indiyədək bir şey olmamış kimi apara bilməz. Fəqət, davamlı təmasların nəticə verəcəyinə inanıram. Fikrimcə, Türkiyə və Misir daha güclü müttəfiqlər kimi münasibətlərini davam etdirəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya
G20-də Çin-ABŞ qarşıdurması kəskinləşib
11:07 04.09.2026
Dünya